YENİ NAZİR  KÜTLƏVİ "TƏMİZLİYƏ" BAŞLADI - DSMF-nin 4 rayon müdirini işdən çıxardı

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev kadr dəyişikliklərini davam etdirir.

Mia.az-a daxil olan məlumata görə, S.Babayevin əmri ilə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal, Suraxanı, Xətai və Sabunçu rayon şöbələrinin müdirləri də işdən kənarlaşdırılıb.

Qeyd edək ki, DSMF-nin Suraxanı şöbəsinin müdiri Şahalı Cəbiyev sabiq arapat rəhbəri Əjdər Cəbiyevin qardaşıdır.

Bundan əlavə, Nazirliyin daxili nəzarət şöbəsinin müdiri, eləcə də aparatın ümumi şöbənin müdiri işdən çıxarılıb.

635x100

Şərhlər

Göygöl DSMF 2018-05-17 11:21:46

Cenab nazir Əjdərin qərb zonasına nəzarət edən Qədimov Orxan Bəy haqqında da tədbir görsə yaxşı olardı.

Haqq 2018-05-17 11:21:46

İndiyədək Əjdər "OL" idi indidə oldu Əjdər"ÖL"

EWDER- e 2018-05-17 11:21:46

Muellim,inkiwaf esasdi ,amma bir wertleki,analoqu olmaya!

EWDER 2018-05-17 11:21:46

esas inkiwafdu,ewder cani

Abit 2018-05-17 11:21:46

Belke sen düzeldesen malades

məmməd 2018-05-17 11:21:46

Cənab Nazirə uğurlar arzu edirəm. Şəki Məşğulluq Mərkəzinin müdiri,ixtisasca idman müəlim olan Elçin Salamov yaddan çıxmasın. Elçin yalnız öz maraqları üzrə işləyir,onun əməllərində korrupsiya dalğası var........?

nata 2018-05-17 11:21:46

Müslümovun adamları gedib,Babayevinkilər gələcək.Hə nə dəyişəcək?Toplananların yerini dəyişməklə cəm dəyişmir,ağalar.Təzə nazir kadrları dəyişincə onlara rüşvətsiz işləməyi öyrətsin.Nazir ki evvelkinin adamlarını çıxarıb,özününküleri yerləşdirirsə demək ki,rüşvət üçün özünə etibarlı terefdaş toplayır.Önəmlisi xalq üçün heç nə dəyiçməyəcək.

Kollektiv 2018-05-17 11:21:46

Gəncənin Əmək Müfəttişçiyində bir savadsız , qabiliyyətsiz ancaq pul saymaqda və var dövlət toplamaqda ....xaqani səfərov var .Onuda gəldiyi yerə göndərsəydi Gəncənin canı dincələrdi

Nadir 2018-05-17 11:21:46

Bismillahir-Rəhmanir-Rəhim. ƏƏSM Nazirlikdə işləyən məmurların süründürməçlık özbaşınlıq, özündənrazılıq,laqeydlik,arxaynçılıq və s... hərəkətləri haqqında, 31.01.2018 e-poçtla Sizə yazdığım məktuba 3.5 aydan sonar,nazirlikdən yox, onun yanında olan Dövlət Sosial Müdafiə Fondunun hansısa Direktor müavini hörmətli Əminə xanımın imzası ilə 11.05.2018 tarixdə “cavab” aldım .Bu “cavab” gözdən pərdə asmaqdan və aldatmaqdan başqa bir şey deyil.Bu xanım mənim məktubumu oxumayıb. Ona dürtülmüş cavablara imza atmaqla məşğuldur.Hörmətli Əminə xanim mənə elə gəlirki,vəzifə səlahiyyətlərindən sui-istifadə edərək çirkli işlərlə məşğul olur. Hörmətli nazir Dövlət Sosial Müdafiə Fondundan başlamaq lazımdır özüdə Hörmətli Əminə xanimdan.

Şahin 2018-05-17 11:21:46

Bütün çirkin əməllərə əjdər rəhbərlik etmişdir.Onu həbs eləmək və vəsaitləri dövlətə qaytarmaq lazımdır! Kadr şöbəsinin müdiri olmuş Qurbanəlinin əmək kitabçası saxta idi.Guya avtotexniks və charm companydə işləyib.əjdər bundan istifadə etdi.Qohumlarını saxta yolla işə düzəltdi və külli miqdarda vəsait mənimsədi.

Son yazılar