Azərbaycanın Gürcüstandan idxal etdiyi elektrik enerjisinin həcmi 10 dəfə artıb

Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 480 mln. 13 min kv/saat elektrik enerjisi idxal edib.

APA-nın yerli bürosunun “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”na (ESCO) istinadən verdiyi xəbərə görə ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 13,5% azdır.

Hesabat dövründə qonşu ölkə Rusiyadan 17,8 mln. kv/saat, Ermənistandan 7 mln. 577 min mln. kv/saat, Türkiyədən isə 36 mln. 488 min mln. kv/saat elektrik enerjisi idxal edib.

Gürcüstandan Azərbaycana isə elektrik enerjisinin ixracı yalnız aprel ayında həyata keçirilib. İxrac olunmuş elektrik enerjisinin həcmi 1 mln. 403 min kv/saat təşkil edib ki, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 10,34 dəfə çoxdur.

Ötən ay qonşu ölkədən Rusiyaya 23 mln. 446 min kv/saat, Ermənistana isə 36 mln. 874 min kv/saat elektrik enerjisi ixrac olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar