Paşinyan xalqa o biri "üzünü" göstərdi

Məmurların hamısının və dərhal istefaya göndərilməsi tələbi düzgün deyil.

Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.

Son günlər Yerevan merinin və Ermənistan baş prokurorunun istefası tələbi ilə artan etirazları şərh edən N.Paşinyan bunun üçün vaxt lazım olduğunu bildirib:

“Hamının və dərhal istefaya göndərilməsi düzgün olmazdı. Fikrimcə, bu məsələyə mərhələli şəkildə yanaşmaq lazımdır”.

Qeyd edək ki, N.Paşinyan mayın 8-də, bir aya yaxın davam edən etiraz aksiyalarından sonra Ermənistanın baş naziri seçilib.

635x100

Şərhlər

Mehdi 2018-05-17 12:31:56

Ay olkemizin qazetleri saytlari ne olar bu alcaq serefsiz caqqal ermenini haqqinda hec ne yazmayin.

Son yazılar