Diasporla İş üzrə Dövlət Komitəsində yeni təyinat

İctimai Televiziyanın şöbə müdiri və aparıcısı Vəsilə Vahidqızı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsinə təyin olunub.

Bu barədə APA-ya Dövlət Komitəsindən məlumat verilib.

"Vəsilə Vahidqızı İTV-də bir sıra aktual mövzularla yanaşı, diaspor mövzusunda da müzakirələrin aparıcısı olub. Bundan sonra da Dövlət Komitəsi dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatları, Azərbaycan icmaları və ayrı-ayrı soydaşlarımızın fəaliyyəti bağlı ictimaiyyəti məlumatlandırmaqda davam edəcək.

Dövlət Komitəsi İTV ilə birgə ixtisaslaşmış televiziya proqramını tamaşaçılara təqdim etməyi planlaşdırır.

Bu layihə çərçivəsində Vəsilə Vahidqızı İTV ilə əməkdaşlığını davam etdirəcək", - deyə məlumatda bildirilir.

635x100

Şərhlər

Hidayət İsayev 2018-05-17 13:27:17

Olduqca keyfiyyətli bir təyinatdır!! Vəsilə xanım əsl azərbaycanlı qadını olmaqla bərabər , yüksək səviyyəli nəzəri biliklərə və bir mətbuat işçisi kimi böyük bacarığa malik sözün əsl mənasında ziyalıdır! Komitə sədtinə həmin təyinata görə bir ziyalı kimi təşəkkürümü . Professor Hidayət İsayev.

Son yazılar