Türkiyə İdlibdə sonuncu müşahidə məntəqəsini yaratdı - Cəmi 12 məntəqə...

«AzPolitika.info»-nun Türkiyə KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə ordusu Suriyanın İdblib rayonundakı təhlükəsizlik zonasında barışa əməl olunmasına nəzarət üçün sayca 12-ci müşahidə məntəqəsini yaradıb. Bu barədə Türkiyə silahlı qüvvələri (SQ) Baş qərargahı (BQ) xəbər verib.

Bundan əvvəl Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan etmişdi ki, artıq İdlibdə Türkiyə orlusunun 10 müşahidə məntəqəsi fəaliyyət göstərir, Astana sazişi ilə nəzərdə tutulmuş qalan ikisi isə yaxın həftələrdə yaradılacaq.

«İdibdə 12-ci müşahidə məntğəqəsi yaradıdıb» - Türkiə SQ BQ-nın məlumatında deyilir.

Silahlı münaqişənin 2011-ci ildən bəri davam etdiyi Suriyada 4 təhlükəsizlik zonası yaradılıb - İdlibdə (buraya həm də Hama əyalətinin bir hissəsi daxildir), ikincisi - Homs şəhərinin şimalında, üçünüçsü - Dəməşqin ətrafındaı Şərqi Qutda və dördüncüsü - Suriyanın İordaniya ilə sərhəd zonası olan Dəraa əyalətində.

Təhlükəsizlik zonalarının yaradılması barədə razılıq Astana danışıqları çərçivəsində qarant ölkələr olan Rusiya, Türkiyə və İran arasında əldə olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar