Türkiyənin 3 vilayətində neft tapıldı

Dərc olunub: 17/05/2018 - 14:31

oilfieldTürkiyənin üç vilayətində neft aşkar olunub.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin rəsmi qəzetində elan olunub.

Məlumata əsasən, neft Türkiyənin cənub-şərqindəki Mardin, Şırnak və Bitlis vilayətlərində tapılıb.

Hazırda həmin bölgələrdə neft ehtiyatlarının həcmi dəyərləndirilir.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin energetika naziri Berat Albayrak karbohidrogenlərin tapılması üzrə kəşfiyyat işlərinin genişləndiriləcəyini bildirmişdi.


loading...




Fikrinizi bildirin