İslandiyalılar «Avroviziya-2019»-u boykota çağırırlar! - Qəzzadakı vəziyyətə görə...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, 17 min nəfər İslandiyalı (əhalinin 4,8 faizi) «RUV» milli dövlət teleşirkətini gələn il İsraildə keçiriləcək «Avroviziya» müsabiqəsində iştirak etməməyə çağırıb. Bu barədə İsveçin «SVT» televiziyası xəbər verib.

Çağırış onunla izah olunur ki, İsrail hərbçiləri Qəzza sektorunda etiraz aksiyasına çıxmış insanlara atəş açıb. Çağırışı imzalayanlar arasında «Avroviziya-1997» mahnı müsabiqəsinə İslandiya milli seçim müsabiqəsinin iştirakçısı Pol Oskar və Dadi Freir də var. Sonuncu ötənilki seçim müsabiqəsində 2-ci yeri tutub.

İsveç telefiziyasının məlumatına görə, «RUV» teleşirkətinin rəhbərliyi xəbər verib ki, hələlik hər-hansı qərar yoxdur, ancaq İsraillə bağlı vəziyyət qərarın qəbuluna təsir göstərə bilər.

Qəzza sektorunda etiraz aksiyaları bazar ertəsi, İsrail dövlətinin yaradılmasının 70 illik yubileyi və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə göçürülməsi fonunda başlanıb. İsrail əsgərləri etirazçılara atəş açıb. Son məlumatlara görə, toqquşmalarda 61 fələstinli həlak olub. Bundan sonra Fələstin lideri Mahmud Abbas ölkəsində üç günlük matəm elan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar