XALƏDDİN İSGƏNDƏROV İŞDƏN ÇIXARILDI - "Yığışıb gedirəm..."

xaleddinBinəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tutduğu vəzifədən azad olunub.

Bu haqda prezident İlham Əliyev sərəncam verib. Artıq Xaləddin İsgəndərov işçilərlə vidalaşıb.

Xaləddin İsgəndərov musavat.com-a xəbəri təsdiqləyib: “Xəbər düzdür. Artıq işsizəm. Yığışıb gedirəm evə”.

Yeni bir vəzifəyə təyinat alıb-almaması ilə bağlı suala o, “heç bir vəzifəyə təyinat almamışam” cavabı verib.

Xaləddin İsgəndərov Binəqədi rayon icra hakimiyyətinin başçısı postuna 2012-ci ilin aprelində təyinat almışdı. O, bir müddət əvvəl vəzifəsindən kənarlaşdırılan vergilər naziri Fazil Məmmədovun yeznəsidir. F.Məmmədov ötən ilin dekabr ayında işdən çıxarılandan sonra X.İsgəndərovun da tezliklə vəzifədən uzaqlaşdırılacağı haqda mətbuatda yazılar gedirdi.

635x100

Şərhlər

binəqədi sakini 2018-05-17 16:30:13

Getsin dalınca da qara daş.Onun əlindən o qədər çəkmişik ki,Allahdan həps olunaydı.

şəkidən 2018-05-17 16:30:13

Şəkinin İcra Başçısı elxan usubov haqqında nə vaxt sərəncam veriləcək səbirsizliklə gözləyirik...............

QAXLI 2018-05-17 16:30:13

Qaxın icra başçısı özündən çox arxayındır, ona görə ki dağ kimi qoçu dəstəsi var.İşləməsə də olar.

Arif Əliyef 59 2018-05-17 16:30:13

C.Dərələyizliyə allah eləməsin kimliyimi özgələşdirim sizin səmimiyətinizə görə sizə cavab yazıra bu adam artıq işdən gedib milli mədəniyyətimizə görə dalınca danışmaq sayılır birinci bunu məndə sizlərlə birlikdə tərgidək ikinci özümüzü aldatmayaq nə qədərki çörəyi çörəkçiyə verməsən belə neqativ hallar daim baş verər.

Cəmşid Dərələyəzli 2018-05-17 16:30:13

Arifə. Kimliyinizi bilmirəm. Bəlkə də heç adınızı da düz verməmisiniz. Əgər mətbuatı izləsəniz görərsiniz ki, Dövlət başçısının müraciətlərinə məhəl qoymayan harınlamış məmurlar vəzifədə ikən də haqlarında tonlarla yazı gedib. Sadəcə indiki şərhçilər, vəzifədən çıxarılan və əməllərində cinayət xarekterli işlər olan məmurların cəzalanmasını istəyirlər. Ki bu başqalarına da dərs olsun.

Arif 2018-05-17 16:30:13

Şərh yazanlara kimi vəzifədən çıxardan kimi başlayırsız baltalamağa...........vallah ayıbdır çıxanın dalınca danışmaq biz getdikcə bu minvallah mərdliyimizi itiririk biz cəhənəmə heç olmasa cavanlarımız biz kimi vaxtında sözünü desin yoxsa iş işdən keçəndən sonra ölülərdə deyə bilər.

emil 2018-05-17 16:30:13

Bunlari väzifäsinnän uzaglasdirmagnan is bitdi? Milletin ganini sovuran bu ......... ziyani,sälimi,abid särifovu vä basgaliarini kim häps edäcäk? Allaha and olsun millet ne vaxtsa bu məmurlarin derisini verecek

Cəmşid Dərələyəzli 2018-05-17 16:30:13

Maraqlıdır. Mətbuatda haqqında bunca xoşagəlməz əməlləri ilə gündəmdə qalan və yanan binanın məsuliyyətini bir JEK müdirinə yükləyən bu şəxs elə əlini -qolunu sallayıb gedəcək. Bəs ədalət. Bu cəzasızlığın nəticəsi deyilmi ki, bu harınlamış məmurlar ölkədə heç kimi saya salmırlar. Yəqin Dövlətin Başçısı bu barədə öz sözünü deyəcək. Ki, Pirallahının Başçısı Vasif İmanov kimilərinə də dərs olsun. Harınlığın və özbaşınalığın da bir həddi var.

Bashirov Qarib 2018-05-17 16:30:13

adətən işdən qovulan məmurlar uzun- uzadı prezidentə minnətdarlıq jesti verirlər,yerində və vaxtında verilmiş sərəncamdır, deyib özlərinin şukuranlıgını dilə gətirirlər ki, ogurladıqlarının bir hissəsini qorusunlar. Bu adam heç bunu da eləmir,narazı gedir deyəsən.Yaxında səsi çıxar,İnşallah.

Məhərrəm 2018-05-17 16:30:13

Bını vəzifədən çıxarmaq azdır. Gərək etdiyi ağır cinayətlərə görə bının əllərini bağlayıb versinlər silitçilərin əlinə və onda aşkar olunacaq bu nələr etməyib. Şəkildəki prokuror kimdir bunun arxasında durub. Bəlkə o prokuror bının canıngüdənidir.

məmmədqulu 2018-05-17 16:30:13

Ə ona deyin təmiz Binəqədidə yaratdığı təpəcikləri də özü ilə götürsün. Çünki onda yanan 16 mərtəbəli evin heyfini qoymayacaqlar. Onda at oynadırdı, indi heç uzunqulaq da minməıyəcək. Hərçəndki Azərbaycanda pis çıxandan sonra yerinə 3 dəfə ondan pisi gəlir. Zamin Hacı demişkən "Yenə bunlar yeyib doyublar"

Ümid 2018-05-17 16:30:13

hara gedirsən bəs o uçurduğun evlərə görə kim cavab verəcək. Yaxşı qanundur uçurum dağıdım insanların evlərini başlarına sonra isə çıxım gedim.Bərəkallah.

hespe 2018-05-17 16:30:13

Ayda,diskoteka,A;;ahin yetirib,kec hucuma...

Elman 2018-05-17 16:30:13

Bu Fazil Məmmədovun yeznəsidir.Yəqin ki,yeznənin təyinatı üçün rüşvət verilib.Bəs Fazil Məmmədov kimin qohumudur və necə təyin olunub? Bu suallara cavab maraqlıdır. Axı qohum,quda,rüşvət məmləkətində başqa cür təyinat olması mümkün deyil.Yoxsa Azərbaycan bu gündə olmazdı.

Son yazılar