DEPUTAT JURNALİSTİ VƏ ORDUNU TƏHQİR ETDİ! - “Hansı Ordudan danışırsız? Şərəfsizlər!”

Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı suallara cavab almaq istəyən jurnalisti təhqir edib.

Modern.az-ın əməkdaşı “Azərbaycan Ordusunun 100 illiyik yubileyinin necə keçirilməsini istəyirsiniz” sualı ilə Milli Məclisin hərbçi deputatına müraciət edib.

Deputat Əliağa Hüseynov müxbirin zənginə cavab verib - telefonu açıb, sualı dinləyib və gözlənilmədən jurnalistin və Ordunun ünvanına təhqiramiz ifadələr işlədib: “Siz kimsiniz? Hansı Ordudan danışırsız? Sizə nə açıqlama verəcəm? Əl çəkin məndən, şərəfsizlər!” deyərək telefonu qapadıb.

Deputatın gözlənilməz münasibətindən təəccüblənən müxbir onun hansı səbəbdən belə cavab verdiyini aydınlaşdırmaq üçün bir qədər sonra yenidən zəng edib. Lakin Əliağa Hüseynov telefonu açmayıb.

Qeyd edək ki, Əliağa Hüseynov əvvəllər də jurnalistlərə qarşı kobud davranış sərgiləyib.

Onun jurnalist zəng edən zaman hansı vəziyyətdə olduğunu deyə bilmərik. Amma istənilən halda ölkənin ali qanunvericilik orqanının mandatını daşıyan bir şəxsin bu cür davranış sərgiləməsi min kərə təəssüf doğurur...

635x100

Şərhlər

eliyev shahin 2018-05-17 17:12:58

beli ELAQA huseynov cox doqru olaraq hedefden vurub 25il bir munaqishenin ohdeciliyi yerine yetire bilmeyen ordu haqqinda danishmaq boshboqazliqdan bashqa bir shey deyil....

ups 2018-05-17 17:12:58

bu həmin generаldı ki 2001 ci ildə 27 yаşı dəyişdirib 35 yаş etdi ki necə uşаqlаr gözü yаşlı qаldı ki аtаm əsgərliyə getdi. həmin qərаrı mm təsdiqləmişdi

yusif-1313 2018-05-17 17:12:58

"Təyin olunmuş"deputatlar ancaq onlari təyin edənlərin qarşisinda cavab verirlər.Onlar ücün xalq və gurnalist anlayişi yoxdur.

Amon 2018-05-17 17:12:58

En cox hormet etdiyim izlediyim sayt azpolitikadi amma gorursenki arada hormetli saytimizda bir neferi qaralayib el cekmir meselen son vaxtlar diqqetimi ceken abel meherremovun eleyhine olan yazilar idi.cox maraqla izleyirdim amma tehsil naziri basqasi teyin edilen kimi hersey yigisdirildi.deyesen sifaris idi ele bilirdilerki birden abel tehsil naziri olar olmasin. artiq sifariscide rahatdi deyesen

Amon 2018-05-17 17:12:58

Bu kisinin ustune neye dusmusuz adam deyirki ele bir soz demisemse modern.az ses yazisini yayimlasin da ne demelidi ki.ses yazisinida butun saytlar qeyd edirler.reket jurnalist azdi ki

arif . 2018-05-17 17:12:58

Bir şey həqiqətdirki "modern"siyasi sifarişlə işləyir.

turan 2018-05-17 17:12:58

bu adam hərbi kommissar şləyib,kabinet generalıdır,hardan bilir ordunun 100 illik bayramı nədir,nə vaxtdır...

Sıravi vəтəndaş 2018-05-17 17:12:58

Derlər, мilli ideуa уoxdur. Amma, milli movqe və уа zəifliуin тənqidi gorünən kimi kimlərsə "momenтalno" onu boуkoт edirlər?! Уeni Xidməтlər nələri araуır, kimlərə qulluq edir, bilinmir? İ.V.Sтalin hərbçi idimi?Ə.Hüseуnov kimi ali hərbi və уa R.Qazıуev kimi riуazi тəhsilli idimi? Əsla, уox! Onun dəfinə rəhbərlik eтdiуi ordu, büтün Avropanı işgal eтmiş və ən güclü тexnkaуa malik ordu idi! Dərrakə və hüquqi qəтiууəт, bəzən uzun тəcrübəуə və isтedadlara belə üsтün gəlir.

Veteran 2018-05-17 17:12:58

Kabinetde general rutbesine catan insan bundan artiq ne daniwa biler ki. O,cox guman ki, veziyetden cixmaq ucun jurnalistin ustune "hucum"a kecib ve onu qara-wuven salmaqla ozunden uzaqlawdirib. Cunki verilen suala onun vereceyi hec bir cavabi yoxdur ve ola da bilmez!

Bəhram Qarabağlı 2018-05-17 17:12:58

Ehтiуaт general Ə.Hüseуnovun sozünü arтıq milуonlar izlədi. Amma, уaуımlanan sualların fiziki və Modern.az adlı hüquqi müəllifləri KİMLƏRDİR? Məтbuaтda sanki ozgə adamlar gizlənib? Уubileу qarşısı belə akтual sualların тarixçilərə, Şıxlinski Əliaga nəslindən qalanlara, тarixi gorünтü və müasir тəуinaт sualları Qərargah rəisi, Müdafiə naziri və Ali Baş Komandana ünvanlansa daha dəqiq cavablanardı? Gündəmdə eüz il əvvəlki Azərbaуcan Xalq Cümuhüriууəтi haqqında тəsəvvür və müasir Azərbaуcan тəfərrüaтıdır.

Bashirov Qarib 2018-05-17 17:12:58

Görur ki,bu cur davranışlar yuksək səviyyədə mukafatlanır ,adam da bu taktikanı seçir.Yoxsa,general olan bir şəxs durub durarkən niyə belə cavab versinki.

Ramiz 2018-05-17 17:12:58

Belə "generalı "olan ölkə 100 il də Qarabağda bir iş görə bilməz.Heç onun yadına Qarabağ düşür? Havayı.ya da rüşvətlə çin alıb,sanki hərbdə nəsə qəhrəmanlıq göstərib.Belələrindən nə gözləməl olar?

G.M 2018-05-17 17:12:58

Bu adam Azərbaycanda ən savadsız və ən varlı adamdır.Soruşun ondan ki,pullarını yeyib,özünü təhqir elədiyin Xalqın övladlarını sən qədər soyub-talayan olubmu ki..

Das 2018-05-17 17:12:58

Siz də obyektivlikdən kənar bir internet portalı imişsiniz. Yəqin kim ondan pul alırsız,

Das 2018-05-17 17:12:58

Rüşvət hesabına milyarder ha milyarder deyirəm sizə, olub, və .... Cəzasızlıq mühitində başqa cür ola bilməz. Bir ... ondan soruşmur ki, hardandır bu pullar???! Ona görə ki bütöv milləti təhqir edib aşağılayanlarin əksinə bir az da vəzifəsi boyudulur....

pensioner 2018-05-17 17:12:58

Əlinə bir dəfə də silah almayan,sənğər görməyən,əsgər "kotelok"undan yemək yeməyən,divizion ilə diviziyanın fərqini anlamayan general. Əliağanin bütün "hərbi fəaliyyəti" voenkomatda keçib. Jurnalistlər hərbə aid suallarını əsil hərbiçilərə versələr daha məntiqli olar. 7 2undan

Mirzə AĞ 2018-05-17 17:12:58

Və halon ki, bu ləiyə də bir "Şöhrət" ordeni düşür...

Son yazılar