«Vyetnam və Rosneft Cənubi-Çin dənizində qanunsuz qazma işləri aparır» - ÇXR

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, «Rosneft Vietnam» şirkəti tərəfindən Cənubi-Çin dənizində qazma işlərinə başlanması barədə xəbəri şərh edən Cin Xalq Respublikası Xarici İşlər Nazirliyinin (ÇXR XİN) rəsmi nümayəndəsi Lu Kan bəyan edib ki, bu ərazilər Çinin suverenliyi altındadır və tərəfləri ÇXR-in suverenliyinə hörmətlə yanaşmağa çağırıb.

Bundan əvvəl «Rosneft» xəbər verib ki, «Rosneft Vietnam» Vyetnam şelfindəki 06.1 blokunda istismar quyusunun qazılmasına başlayıb.

«Biz, uyğun xəbərə diqqət yetirdik. Mən, burada demək istəyirəm ki, istənilən dövlət, istənilən təşkilat, istənilən şirkət və ya özəl şəxs Çin hakimiyyətindən icazə almadan, onun suverenliyi altında olan dəniz hövzəsində kəşfiyyat-qazma işləri apara bilməz. Biz, uyğun tərəfi Çinin suverenliyinə hörmət etməyə çağırırıq» - deyə, Lu Kan brifinqdə bəyan edib.

O, həm də tərəfləri ikitərəfli münasibətlərə və həm də bölgədə sülhə və sabitliyə təsir göstərə biləcək hərəkətlərdən çəkinməyə çağırıb.

«Çin, qazma rayonunu öz ərazisi hesab edirmi?» sualına cavab olaraq, Lu Kan «öz çıxışımda hər şeyi dəqiq dedim» - deyə, cavab verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar