Əfv Komissiyasının iclasları başa çatdı - Siyahı Prezidentə təqdim olunacaq
Baxiş sayı:
Dərc olunub:
17/05/2018 - 17:41
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Bu barədə “Report”a Komissiya üzvü Əliməmməd Nuriyev məlumat verib.
O bildirib ki, bugünkü iclasda 100-dən çox müraciətə baxılıb. Beləliklə, baxılan müraciətlərin sayı 1100-ə çatıb.
Bununla da komissiyasının iclası başa çatıb, komissiyaya daxil olan müraciətlərin hamısına baxılıb. Sonuncu iclasda indiyədək müsbət rəy verilən müraciətlərin siyahısının Prezident İlham Əliyevə təqdim olunması ilə bağlı qərar qəbul edilib.
Dövlət başçısının əfv sərəncamı imzalayacağı gözlənilir.
Son yazılar
08:40
ƏLİYEV VƏ RƏİSİNİN GÖRÜŞÜ NİYƏ BAŞ TUTMADI? – “Tehranın siyasəti Bakıda ciddi suallar yaradır”
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.