"Bunu sübut edəcək arqumentləri yoxdur" - Deputat korrupsiya ittihamı haqda

“Səməd Seyidovun AŞPA-dakı nümayəndə heyətinin rəhbərliyindən gedib getməməsi məsələsi Mili Məclisdə müzakirə olunmayacaq. Hər halda partiyanın və Mili Məclis rəhbərliyinin qərarı burada əsas rol oynayacaq”.

Bunu “Qafqazinfo”ya açıqlamasında AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Fazil Mustafa deyib. O bildirib ki, sanskiya məsələsində Səməd Seyidovun zərərsizləşdirilməsi üçün hər cür vasitəyə əl atıblar: “Məsələyə olduqca qərəzli yanaşıblar. Bəlkə də ləyaqətsiz bir formada qərar qəbul ediblər. Çünki heç bir parametrdə bunu sübut edəcək arqumentləri yoxdur. Azərbaycan nümayəndə heyətini zəiflətmək üçün bunu ediblər.

Səməd Seyidovun AŞPA-da nüfuzu çox böyükdür. Avropa Şurasında, həm də rəhbərlikdə təmsil olunur. Rəhbərlikdə təmsilçilikdən bizi məhrum etmək üçün də bu addımı atıblar.

Bu məsələdə elə mənəvi kriteriyalar var ki, yəqin ki orada iştirak etməyin bir anlamı qalmır. Səsvermə, seçilmək , danışmaq yoxdur. Elə-belə gedib gəlməyin bir mənası qalmır ki? Hər halda nümayəndə heyəti bu məsələni yenidən orada gündəmə gətirəcək.

Bu böyük bir biabırçılıqdır”.

O qeyd edib ki, Milli Məclisin qərarının hansı istiqamətdə olacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil: “Hər halda Səməd Seyidovun AŞPA-da olmaması Azərbaycan üçün ciddi itkidir. Rəhbərliyə başqa şəxsin təyin edilməsi məsələsi mümkündür. İndiki real istiqamət onu göstərir. AŞPA-dakı nümayəndə heyətinin tərkibinin dəyişdirilməsi məsələsi də rəhbərlik səviyyəsində vaxtaşırı olaraq müzakirə olunur. Ancaq tərkibin dəyişdirilməsi məsələsi də mümkündür. Çünki iki nəfər üzv olaraq dövlət orqanlarında vəzifəyə təyin olunub. Onların yerinə təyinatlar olmalıdır. Ola bilsin ki, növbəti iclasların birində bu məsələ müzakirə olunsun, yaxud da ki rəhbərlik səviyyəsində qərar qəbul edilsin”.

635x100

Şərhlər

Hörmətli oxucu! 2018-05-17 18:07:03

Bismillahir-Rəhmanir-Rəhim. Bu deyilənlər hörmətli deputat Fazil Mustafa deyir,yoxsa kimsə deyir? Konfutsinin yaxşı deyib “Uğursuzluğunun səbəbini yalnız başqalarında axtaran adamın daxilini heç vaxt qəzəb və nifrət tərk etməz”. Mən bir azərbaycanlı kimi həmişə öz dövlətimin, prezidentimin yanındayam. İnanıram ki, bu məsələyə aydınlıq gətiriləcək. Bu beləsə döğurdanda biabırçılıqdı!!! Daha pis tərəfi ondadır ki,bunu tam araşdirmamaq və məsuliyyətdən qaçmaq nə qədər düzdür?

EWDER 2018-05-17 18:07:03

AVROPADA YAP IN NAQILLARINA INANMIRLAR

Oqtay 2018-05-17 18:07:03

Subut var özüdə lap yekəsi.Siz bizi aldada bilərsiniz güya bizdə aldanarıq amma Avropanı aldada bilməzsiniz.İtaliyada məhkəmə nə məhkəmə idi?Hədiyyələr brilliantlar ,faişələr biz oxuyuruq onlar isə kordur?

Asim 2018-05-17 18:07:03

Hansi olkede,hansi beynelxalq qurumda bir CP bash verirse ,icinden shanli ’yAp’-ci "alimleriden" 1-i cixir!? Tesaduf, ya qerezdirmi? Asla,tam mahiyyete uygundur.

SUAL 2018-05-17 18:07:03

MƏSƏLƏ TƏMSİLCİLƏRDƏN GEDİR Kİ ELƏ BİNA GORƏ DƏ SİZİ QAVALADİLAR. İSXALCİ ERMƏNİ DİXALARİNA QİRMİZİ KRESLODA YER SİZƏ İSƏ QİRMİZİ NONQRANT. BU FƏRQİ NƏ İLƏ İZAH EDƏRSƏN MUSTAFA?

Bashirov Qarib 2018-05-17 18:07:03

İşin mahiyyəti qalıb bir yanda,olkəni biabır edən birisinin mudafiəsinə qalxıb.AŞPA-nın Qarabag məsələsində tutdugu mövqe-Azərbaycanın ərazi butövluyu, Qarabagın Azərbaycan torpagı olmasını qeyd-şərtsiz tanıması,Ermənistanın işgalçı adlandırması,umumiyyətlə, daima Azərbaycana qarşı pozitiv mövqeydə olmasını heç kim dana bilməz.Ruşvətxorluq kimi virusu aparıb AŞPA-ya yoluxdurarsan,olub olacagı da bu olar.Mahiyyəti təhlil edib çıxış yolu tapmaq əvəzinə görun siz nə duşuncədəsiniz.

Cəlil 2018-05-17 18:07:03

Neçə illərdir dünyada "kürü diplomatiysından",AŞPA,Aİ deputatlatının rüşvətindən zurna çalınır, bu da deyir bu səs haradan gəlir? Maraqlıdır,deyilmi?İndi də durub icraçı deputatı müdafiə edir.

Fazil bəy-ə 2018-05-17 18:07:03

Fazil bəy mən sizin yazdığınız və müsahibə verdiyiniz yazıları demək olar ki hamsını oxuyuram və həmişə 90% sizin fikirlərlə razılaşıram.Çox təəssüf kimi biz Avropada mənfi imic yaratmışıq. S.Seyidov və AŞPA məsələsində sizə bir neçə sual ünvanlayıram: 1.Niyə AŞPA-da bizi sevmirlər?Yəni bizdə heçmi günah yoxdur? 2.Bu məsələrdə S.Seyidovun heç bir günahı yoxdurmu? 3.Avropada eşitmirlər ki hansı nazir və məmurumuzu işdən çıxarırsan milyonlar hətta milyardlarla yeyinti aşkar edilir. Avropanın hansı dövlətinda bu tip rəzalət baş verir? 4.Avropada bizdə keçirilən seçkilər barədə məlumat yoxdurmu? 5.Kürü diplomatiyasıyası necə yaranıb və gör neçə ildir aralıqda gəzir.Yəni bunlar hamsı iftiradır? 6. Niyə AŞPA-da Azərbaycan nümayəndə heyətini zəiflətmək istəyirlər?Yəni biz beləmi qorxuluyuq?

Mixaylo 2018-05-17 18:07:03

Ola bilər ki, Səməd Seyidov şəxsən bu məsələdə günahsızdır. Amma, ölkə daxilindəki hadisələr, söz-söhbətlər beynəlxalq miqyasda onun da imicinə kölgə salır. Necə deyərlər, qurunun oduna yaş da yanır. Cəhənnəm yanacağı olacaq quru odunlar isə ölkə daxilində Azərbaycan boyda tonqala kifayət edəcək qədər çoxdur.

Son yazılar