Avropa Komissiyası altı ölkəni məhkəməyə verib

Avropa Komissiyası Avropa İttifaqının 6 üzv dövlətini - Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Macarıstan və Rumıniya hökumətlərini məhkəməyə verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, buna səbəb həmin ölkələrdə havanın təmizlənməsi üçün heç bir addım atılmaması və ərazilərində ətraf mühitin çirklənməsi səviyyəsinin yüksək olmasıdır.

AK-nın bəyanatında Fransa, Almaniya və Böyük Britaniyanın havada azot dioksidin normadan artıq olmasına, İtaliya, Macarıstan və Rumıniyanın isə havada PM10 hissəciklərinin daim yüksək olmasına görə məhkəməyə verildiyi bildirilib.

Ətraf mühitin qorunması üzrə Avropa komissarı Karmenu Vella işləri bu gün məhkəməyə verilən üzv ölkələrə 10 il ərzində vəziyyəti düzəltmək üçün son şans verildiyini qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar