İsrail səfiri Lüksemburq XİN-ə çağırıldı - Terrorçu sözünə görə...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsrailin Lüksemburqdakı səfiri Simona Frankel Qəzza sektorunda yaranmış vəziyyətlə bağlı səsləndirdiyi «hətərən-pətərən» fikrinə görə, Böyük hersoqluğun Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə xəbəri səfirliyin mətbuat xidməti yayıb.

Çərşənbə axşamı, eyni vaxtda İsrailin Belçikadakı səfiri vəzifəsini də yerinə yetirən Frankel «RTVF» teleradio şirkətinin efirindən bəyan edib ki, istənilən insan itkisinə təəssüf edir, «hətta əgər onlar terrorçu olsalar da... Sərhəd arakəsməsinə yaxınlaşan 55 terrorçu İsrail ərazisinə keçməyə cəhd göstərib». Bundan sonra, çərşənbə günü diplomat izahat üçün Belçika XİN-ə çağırılıb.

Xatırladırıq ki, baş verənlər barədə Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti də təxminən, eyni məzmunlu bəyanat yayıb: «Günah HƏMAS-dadır...»

«Lüksemburq XİN Qəzza sektorunda Fələstinin mülki əhalisinə qarşı qeyri-proporsional güc tətbiq olunması... və bu mövzuda İsrail səfirinin geniş kütləyə hesablanmış fikirləri barədə məsələ qaldırmaq niyyətindədir» - deyə, Lüksemburq XİN mətbuat xidmətinin bəyanatında bildirilir.

Qəzza sektoru sərhədində keçirilən etiraz aksiyası zamanı baş vermiş toqquşmalar zamanı İsrail ordusunun atəş açması 61 fələstinlinin həyatını itirməsinə səbəb olub. Bundan sonra Fələstin lideri Mahmud Abbas ölkədə 3 günlük matəm elan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar