“ŞƏRƏF DUYURAM...” - Səməd Seyidov korrupsiya ittihamı haqda

“Bir insan kimi mənim üçün bu ədalətsizliklə üzləşmək asan deyil. Çünki uzun illər Avropada fəaliyyət göstərmişəm, Avropa ölkələri ilə təmasda fəaliyyət göstərmişəm. İndi birlikdə işlədiyim yerdən sanksiya ilə üzləşmək mənim üçün asan deyil”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ona qarşı qurumda tətbiq edilən sanksiya ilə bağlı çıxışında deyib.

O qeyd edib ki, buna baxmayaraq, sanksiyaya məruz qalmasından şərəf duyur: “Çünki mən dövlətimin milli maraqları uğrunda fəaliyyətimə görə bununla üzləşmişəm. Bu sanksiya Azərbaycana qarşı ikili standartların nəticəsidir. Necə olur ki, etnik təmizləmə siyasəti aparan Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur, amma Azərbaycana qarşı sanksiyalar tətbiq edilir.

Azərbaycan prezidentinin fəaliyyəti, iri layihələrdə Azərbaycanın rol alması, TANAP layihəsinin bir aydan sonra işə düşməsi, Böyük Britaniya ilə müqavilənin uzadılması dövlətimizin qüdrətini göstərir və heç kim bunu sarsıda bilməz. Səməd Seyidov bu gün nümayəndə heyətinin rəhbəridir, sabah sıravi bir insandır. Bizim balalarımız bu gün cəbhədə canlarını qoyurlar, bizim siyasi cəbhədə fəaliyyətimiz bundan üstün deyil”.

635x100

Şərhlər

Türk 2018-05-18 13:25:18

BU DURAT TÜRK MİLLƏTİNİ DÜŞMƏN GÖZÜNDƏ GÖRÜR.....

Səlim 2018-05-18 13:25:18

Düşmən ölkə ilə bizim fərqimiz çoxdur......Orada millət ölkə bu qədər talan olunmur. Orada məmurlaqr bu qədər varlanıb harınlamayıblar. Düşmən ölkə bizim torpaqların yasrsını işğal ediblər bizimkilər isə 25 ildə heç nə edə bilmir və buna yüz don geydirir ..... məmurlar milyardları talamaqla pul xərcləməklə məşğuldurlar.

Aydın 2018-05-18 13:25:18

İNSANDA SİFƏT LAZIMDIR BELƏ ŞƏRAİTDƏ ŞƏRƏF DUYSUN. DEYİLİR Kİ. RÜŞVƏT VERİLİB, QADIN EVRO DEPUTATA TƏKLİF EDİLİB BU DA ŞƏRƏF DUYUR. ONUN YERİNƏ KİM OLSA UTANDIĞINDAN YERİ YARIB YERƏ GİRƏRDİ VƏ ƏN AZINDA DEPUTATLIQAN İSTEFA VERƏRDİ.

николай 2018-05-18 13:25:18

Səməd Seyidov xalqın anladığı dildə danışır. Yəni, bir yetimlə 34-cü polis bölməsində necə danışırlarsa, Seyidovla da AŞPAda guya elə danışıblar, bu da etiraf etməyib.Ya Səməd ingilis dilini yaxşı bilmir, ya AŞPA. Etiraf etsə idi guya nə olası idi? AŞPA yoxdur ALLAH var, Səməd, hələ bir bu Azpolitikanın sağ sütununa bax, gör nə qədər məmur talanından yazılır.Dövlət dediyini talan edənlərə qarşı nə vaxt danışdın? Böhtandırsa, niyə dur demədin? Nə isə.. İnşAllah yaxınlarda Şərəf və Şöhrət ordeni alarsan.

Təəccüb edirsiz??? 2018-05-18 13:25:18

.....”Necə olur etnik təmizləmə siyasəti aparan Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur, amma Azərbaycana qarşı sanksiyalar tətbiq edilir???”...... bunu biz sizdən soruşmalıyıq cənab deputat....))))) Siz oralarda nə işlə məşğulsuz 23 ildir??? Tərsini təsəvvür edin - əgər biz Ermənistanın ərazisini işğal edib orada etnik təmizləmə aparsaydıq erməni deputatlar hansı məntiqlə, hansı ardıcıllıqla, hansı mahiyyətdən, hansı mövqelərdən, hansı əsaslandırmalarla çıxış edərdilər??? Bizi nəinki oralarda, dünyada nəfəs almağa qoymazdılar. İndi isə öz çıxışlarınızı yada salın!!!!!

Müfəttiş 2018-05-18 13:25:18

Abdulqadirin şərhini nöqtə-vergülünə qədər dəstəkləyirəm.....

Aslan 2018-05-18 13:25:18

YANMASA TÜSTÜ ÇIXMAZ.BİZİM SEÇMƏDİYİMİZ HARIN TALANÇI DEPUTATLAR BU MİLLƏTDƏN ÜZR İSTƏMƏLƏDİRLƏR Kİ MİLLƏTİMİZƏ QARŞI PİS FİKİRLƏR YARATDILAR.SƏBƏBKAR DA BU BİZİM SEÇMƏDİKLƏRİMİZDİRLƏR. O CÜR CİDDİ YERƏ ƏSL VİCDANLI MİLLƏT VƏKİLLƏRİ GETMƏLİ İDİ Kİ BU BİABIRÇILIQLAR DA OLMAZDIR.

ABDULQADIR 2018-05-18 13:25:18

HER BIR INSAN ÜCHÜN SHEREF ONUN YASHAM TERZINE UYGUN BIR MEYARDIR.DÖVLET KIMISI ÜCHÜN ONUN EVI,KIMI ÜCHÜN AGASI,KIMI ÜCHÜNSE DOGULDUGU VE YASHADIGI ADINA VETEN DEYILEN ÖLKESIDIR.HER KES BU SECHIMDE TERBIYESINE UYGUN ÖZGÜRDÜR.DÜNYADA HER KES SHEREFI SHEREFLI ISHLERE GÖRE DUYSAYDI ONDA HECH PIS HALLAR QALMAZDI.

EWDER 2018-05-18 13:25:18

MARAQLI DI,SENIN BALAN HARADA DOYUWIB,HARADA XIDMET EDIB.INALISI DEYIL.TORPOQ,VETEN ANLAYIWI,ANCAQ KASUBCUNDU.

pensioner 2018-05-18 13:25:18

Səməd müəllim,sanksiya Azərbaycana qarşı deyil,şəxsən sizə qarşıdır. Azərbaycan əvəzedilməzdir,sizi isə beynəlxaiq arenada əvəz edən coxlu insan tapılar.

Son yazılar