Deputat büdcəni talayan məmurların həbsini tələb etdi

“Pulu qaytarması həmin şəxsi məsuliyyətdən azad etmir”

“Hesabalama Palatasının hesabatında uğurlu addımların atıldığı görünür. Lakin son nəticə ürəkaçan deyil. Çünki bizdə büdcə vəsaitləri ilə işləyən vəzifəli şəxslər elə hesab edirlər ki, onlar bu vəsaitdən istədikləri kimi, bəzən təyinatına uyğun olmadan istifadə edə bilərlər”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdə Hesablama Palatasının 2017-ci ilə dair hesabatına münasibət bildirən deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, həmin şəxslərə qarşı cəzalar sərtləşdirilməlidir.

“Həmin şəxslər hesab edir ki, digər nəzarətedici orqanlar tərəfindən aşkarlananda həmin vəsaiti yerinə qoyacaqlar və məsuliyyətdən azad ediləcəklər. Lakin mənimsənilmiş, düzgün istifadə edilməmiş vəsait aşkarlananda həmin şəxs cinayət hüququ və ya intizam qaydasında məsuliyyətə cəlb edilməlidir. Vəsaitin qaytarılması yalnız məsuliyyətin yüngülləşdirilməsi halı kimi nəzərə alınır, həmin şəxsi məsuliyyətdən azad etmir. Bugünkü hesabatda da büdcə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər var. Lakin həmin təkliflərin hansı hissəsi nəzərə alınır? Bunlar parlamentin müvafiq komitəslərində müzakirəyə çıxarılmalıdır. Növbəti hesabatlarda Palata bizə verdiyi təkliflərin neçəsinin parlament, hökumət tərəfindən nəzərə alındığını açıqlamalıdır”.

635x100

Şərhlər

ABDULQADIR 2018-05-18 16:47:33

ÖNCE YENI HEBSXANALAR TIKMEK,SONRA TUTMAQ.KÖHNELERDE ,,NARKOMANLARDAN,NARKOBARONLARDAN,, YER SIXLIGIDIR.

kərim 2018-05-18 16:47:33

büdcəni məmurlar talayır. Tək büdcəni yox bütün milli sərvət vəhşicəsinə talanır

Rafiq 2018-05-18 16:47:33

Ə,sən nə danışırsan? Azərbaycanda məmur qalmasın? Ayə,imkan verilən məmur necə rüşvət almasın? Sən dəlimi olmusan? Onda AZərbaycanda məmur qalmazki? Boş yerə qohum,quda,kirvə,yerli,bir bölgə adamları toparlanıb məmur olmurlar ki? Onlara kim nə deyəcək?Bax gömrüyə,gör nə qan edirlər? Hara baxırsan general cücərib.Bura soyulmuş və soyulmaqda davam edən Azərbaycandır.Bİr də belə danışma!Nə işin var? Sən get deputatların,xalqı soyan İcra başçılarının maaşların artırmaqdan danış.Belə işlərə qarışma!

-- 2018-05-18 16:47:33

Talasinlar, qarət etsinlər, dağıtsınlar. .......

Son yazılar