Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılır

Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində bu gecə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

"Report" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, hərəkətin məhdudlaşdırlması təmir işləri bitənədək qüvvədə olacaq.

Bununla əlaqədar olaraq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alterbativ yollardan istifadə etmələri tövsiyə olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar