Suriyada azmış fransız hərbçilər saxlanıb - Sonra isə kürdlərə verilib...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, 70 nəfərə yaxın fransız hərbi qulluqçusu Hasek əyalətinin Əl-Qamışlı rayonundakı hökumət qüvvələrinin blok-postunda saxlanıb. Fransızlar buraya azıb gəliblər. Bu barədə xəbəri çümə axşamı «Anadolu» agentliyi yayıb.

Xəbərdə deyilir ki, 20 «CİP»dən ibarət dəstə fransız hərbçiləri ilə Deyr-əz-Zor əyalətinə yola düşərək, Əl-Qamışlıya getmək əvəzinə, dolayı yola çıxaraq, hökumət qüvvələrinin blok-postuna gəlib. Onlar saxlanıb və Suriyalı hərbçilər tərəfindən dindirilib.

Sonradan blok-posta kürd birliklərinin üzvləri gəlib və təsdiqləyiblər ki, fransız hərbçiləri onlara kömək edirlər. Bundan sonra maşın dəstəsi Əl-Qamışlıya yola düşüb.

Bundan əvvəl Fransanın prezidenti Emmanuel Makron Suriyanın «Demokratik qüvvələri»nin nümayəndələri ilə görüşüb və bəyan edib ki, onlar Parisin dəstəyini alacaqlar, xüsusilə də Suriyanın şimal-şərqində vəziyyəti sabitləşdirmək məqsədilə.

Bundan sonra, Türkiyənin Prezidenti Tayyip Ərdoğan Fransanı terrorçuluğu dəstəkləməkdə ittiham edib. Ankara YPG və SDF qruplaşmalarını PKK ilə əlaqəli terrorçu təşkilatlar hesab edir.

Bundan da əvvəl «Anadolu» agentliyi xəbər vermişdi ki, fransız hərbi qüvvələrinin xüsusi təyinatlı birdəşmələri Suriyanın şimalında yerləşən və kürd qüvvələrinin nəzarəti altında olan ABŞ hərbi bazasına tullanıb.

Bu xəbərdən aydın olur ki, Bəşər Əsədin tabeliyində olan Suriya hökuməti ölkə ərazisində at oynadan kürd silahlıları və Fansadan gətirilmiş xüsusi təyinatlı hərbçilərlə işbirliyindədir. Amma yeri gəldikcə, Əsəd hökuməti Suriyanın «suverenliyi»ndən dəm vurur...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar