Merkel Putinlə görüşə gəldi və rusca danışdı

Almaniyanın kansleri Angela Merkel Rusiyaya səfər edib.

Trend-in məlumatına görə, Soçi şəhərində A.Merkel Rusiya prezidenti Vladimir Putinlə və baş nazir Dmitri Medvedevlə görüşüb.

D.Medvedevin yeni hökumət formalaşdırdığını öyrənən kansler rus dilində onları təbrik edib və uğurlar arzulayıb.

Qeyd olunur ki, A.Merkelin Rusiyaya səfəri zamanı İran sazişini, Suriya və Ukrayna məsələlərini müzakirə edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar