ABŞ-da məktəbdə atışma baş verib - 10 nəfər ölüb

ABŞ-ın Santa-Fe şəhərində (Texas ştatı) məktəbdə silahlı insident baş verib.Hadisə nəticəsində 10 nəfər ölüb, 3 nəfər yaralanıb.Baş verən silahlı insident nəticəsində 9 şagird və 1 müəllim ölüb. APA-nın məlumatına görə, bu barədə MSNBC telekanalı xəbər verib.

İlkin məlumata əsasən, insidentlə əlaqədar 2 nəfər saxlanılıb.

CNN telekanalının xəbərinə görə, silahlı şəxs sinifə daxil olaraq atəş açıb.

Hadisənin digər təfərrüatları və atəş açan şəxsin kimliyi barədə hələ ki, məlumat verilmir.

İlkin məlumata əsasən, məktəbdə atəşi 17 yaşlı şagird açıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar