Qüds zirvəsində Bakını Elmar Məmmədyarov təmsil etdi

Bu gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə zirvə toplantısında Azərbaycanı Prezident İlham Əliyev təmsil edəcək. Axar.az xəbər verir ki, bu barədə Hürriyyət məlumat yayıb.

Azərbaycan prezidenti ilə yanaşı toplantıya liderlər səviyyəsində İran Prezidenti Həsən Ruhani, İordaniya Kralı 2-ci Abdullah, Küveyt Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cəbir Əs-Sabah, Əfqanıstan Prezidenti Əşrəf Qəni, Mavritaniya Prezidenti Məhəmməd Vələd Abdüləziz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı, Pakistan Prezidenti Məmnun Hüseyn, Qətər Əmiri Təmim bin Həmad Əl-Sani, Fələstin baş naziri Rami Həmdallah və Sudan Prezidenti Ömər Əl-Bəşir qatılacaq. Digər ölkələr toplantıda hökumət rəhbərləri və nümayəndə qismində iştirak edəcək.

Qüds zirvəsində 56 ölkənin təmsilçisi toplanıb.

Zirvədə Qüdsə səfirliyi köçürmək məsələsində ABŞ-ın nümunəsi ilə hərəkət edən ölkələrə qarşı birgə sanksiyalar hazırlanması məsələsi də müzakirə ediləcək.

Qeyd edək ki, bundan öncə Azərbaycanı XİN başçısı Elmar Məmmədyarovun təmsil edəcəyi bildirilmişdi.

AzərTac Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Sammitdə təmsil etdiyini bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar