PROFESSOR TOFİQ QULİYEV RUSİYALI MƏŞHUR APARICIYA MƏKTUB YAZDI - Mətn

Azərbaycan Dövlət İqtisad Universitetinin -UNEC-in “Əməyin iqtisadiyyatı və təşkili” kaferdrasını müdiri, Azərbaycanın Əməkdar Elm Xadimi, keçmiş SSRİ Jurnalistlər İttifaqının üzvü, “Qızıl qələm” mükafatçısı, iqtisad elmləri doktoru, professor Tofiq Əvəz oğlu Quliyev "Rusiya-1" telekanalının aparıcısı Vladimir Rudolfoviç Solovyova məktub ünvanlayıb. Məktubda Azərbaycanda Rusiya dost münasibətin olduğunu  vurğulayan professor Tofiq Quliyev iki ölkə arasında münasibətləri pozmaq istəyən qüvvələrin də mövcudluğunu bildirib

"AzPolitika.info" təxminən bir ay əvvəl yazılan  həmin məktubun tərcüməsini təqdim edir:

"Çox hörmətli Vladimir Rudolfoviç!

Mən Sizin 16 aprel 2018-ci il tarixində yayımlanan "Axşam" adlı verilişinizi izlədim. Bildiyiniz kimi, bu verilişdə ABŞ-ın və İngiltərənin Dəməşqin kimyəvi bazasına raket hücumundan sonra yaranmış vəziyyət müzakirə olunurdu. Sizin aparıcılığınızla altında qonaqlar problemdən çıxış yolunu  müzakirə edirdilər. Bu hadisə ilə əlaqədar çox maraqlı və aktual məsələlərdən danışıldı.

Mən Sizi çox ağıllı, hərtərəfli inkişaf etmiş jurnalist və aparıcı, eləcə də səmimi bir insan hesab edirəm. Televiziya verilişlərinizi seyr edərkən bu keyfiyyətləri görməmək mümkün deyil.

Siz, həmçinin Rusiyanın müttəfiqləri və keçmiş ittifaq ölkələri ilə siyasi əlaqələrin güclənməsini müzakirə etdiniz.

Müzakirənin gedişində iştirakçıların biri, Azərbaycanda demək olar ki, hər kəsin türkcə danışdığını sübut etməyə çalışdı. Doğrudur, o bu barədə aqressiv şəkildə danışmadı, lakin bu fikir həqiqətə uyğun deyil. Azərbaycanda vətəndaşlar öz doğma dillərində danışırlar. Digər tərəfdən, Türk və  Azərbaycan dilləri bir-birinə  çox yaxındır. Buna görə də həm Azərbaycan, həm də Türk dilndə danışmaq olduqca təbiidir. Mən bunu televiziya verilişində xüsusilə vurğulamağa ehtiyac olduğunu düşünmürəm.

Televerilişdə həmçinin, keçmiş ittifaq respublikalarının xalqlarının dostluğunun bərpası barədə danışıldı. Mən dostluq münasibətlərinin bərpasına qarşı deyiləm, amma bu və digər müzakirələr dinləyicidə qıcıq yarada bilər. Azərbaycanda yalnız türk dilini deyil, rus, ingilis, fransız, alman və digər dillərini də yaxşı bilirlər.

Eyni zamanda onu da qeyd edim ki, Türkiyənin ABŞ-ın müttəfiqi və NATO-nun aparıcı üzvü olmasına baxmayaraq,  Moskva və Ankara, Rusiya prezidenti Vladimir Putin və onun Türkiyədə olan həmkarı Rəcəb Tayyib Ərdoğan arasında yaxın dostluq əlaqələri var. Təəssüf ki, bu, müəyyən insanların xoşuna gəlmir...

Qeyd etmək lazımdır ki, ABŞ və İngiltərə Dəməşqə hücum edərkən Türkiyə müttəfiqlərinə hərbi bazasından istifadə etməyə icazə vermədi. Mətbuatda bildirildiyi kimi, Dəməşqə hücumdan bir gün sonra Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında dostcasına telefon söhbəti baş verib.

Azərbaycanda rus dilinə hörmətlə yanaşırlar. Prezidentimiz də rus xalqı və Rusiya haqqında çox yüksək fikirdədir. Digər ittifaq respublikalarıdan fərqli olaraq, Azərbaycanda 300 rusdilli orta məktəb, Slavyan Universiteti, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, İ.M.Seçenov adına Tibb Akademiyası fəaliyyət göstərir. Bundan əlavə Azərbaycanın bütün ali təhsil müəssisələrində azərbaycan bölmələri ilə birlikdə rus bölmələri də mövcuddur. Bunu qeyd etmək kifayətdir ki, mənim fəaliyyət göstərdiyim Dövlət İqtisad Universitetində rus bölməsi üzrə 136 qrup var və burada da 3000 şagird təhsil alır,.

Hazırki Plexanov Universitetinin “Əməyin iqtisadiyyatı” kafedrasının aspirantı olan illərdə mən Rusiyada çoxlu alimlərlə tanış oldum. Hələ də Sizin ölkənizə və xalqınıza qarşı ən səmimi hisslər bəsləməkdəyəm.

Təəssüf ki, bütün dünyada, Moskva mətbuatı da daxil olmaqla, "pis olduqca, daha yaxşı olar" prinsipinə riayət edən insanlar var. Yəqin ki, bu cür insanların maraqları dostluq deyil, düşmənçilik və məntiqsiz ambivalensiya prosesidir. Yəni, burada əks fikirlər var - antipatiya və simpatiya. Və həmçinin tamamilə sürüşən, dəyişkən meyllər də var. Digər ölkələrdən fərqli olaraq bizim Rusiyayla da dostluq münasibətimiz  sabitdir, bizlərdə antipatiya hisslərinə yer yoxdur. Rusiya və digər dost ölkələrə böyük bir simpatiyamız var.

Prezidentimizin dediyi kimi, bizim üçün Rusiya etibarlı bir strateji tərəfdaşdır. Yalnız Türkiyənin və İranın deyil, həm də Rusiyanın problemlərini də öz problemimiz hesab edirik. Axı bu ölkələr yalnız dostlumuz deyil, həm də qonşularımızdır.

Azərbaycanda "yaxın qonşu uzaq qohumdan yaxşıdır" deyən bir deyim var. Bu qiymətli söz müqəddəs kitabımız Quranda da mövcuddur

Ermənistan Azərbaycan ərazisini ələ keçirməsəydi, biz onlarla da dost olardıq. Mən bilirəm ki, ermənilər arasında da Azərbaycan ərazisinin ələ keçirilməsini pisləyən obyektiv və realist insanlar var.

Yəqin, bilirsiniz ki, Azərbaycanda multikulturalizm dövlət siyasətinə çevrilib.  Bu prinsip azərbaycanlıların qanındadır. Digər xalqlara və dinlərə qarşı yüksək tolerantlıq hissimiz var. Lakin tolerantlıq sükutla ifadə olunmur. Tolerantlıq səmimi bir ortaqlıq, oyunun müəyyən qaydalarına riayət etmə və etiket prinsiplərini əhatə edir.

Yüksək duyğulardan söhbət ediriksə, burda fərdi manipülyatorların oyunları üçün heç bir yer olmamalıdır.  Belə demək olarsa, malların ixracı qüvvələrin və zorakılıqların ixracına çevrilməsinin qarşısı alınmalıdır.

Mən rusların "hər əşyanı öz adıyla çağırın”  deyimini çox bəyənirəm. Hətta bundan belə bir nəticə çıxır ki, Azərbaycan xalqına yanaşma adekvat olmalıdır, bəzi şəxslərin təsiri altına düşmək isə düzgün deyil.

Mən şəxsən rus xalqı ilə sıx dostluğun tərəfdaşıyam. Rusiyayla müvəffəqlik  münasibətlərimiz var. Bəzi Rusiya liderləri və siyasətçilərinin də  "pis olsa, daha yaxşı olardı" prinsipinə riayət edən manipulyatorların təsirinə məruz qalmasa, daha da yaxşı ola bilərdi.

Rusiya ilə Azərbaycan arasındakı əlaqələrdə mən gələcəyə doğru yol açan böyük imkanlar görürəm. Digər ölkələrdən fərqli olaraq, Azərbaycan təmiz suyu bulandırmağın tərəfdarı deyildir. Hesab edirəm ki, bu fikir Rusiya tərəfindən də dəstəklənir. Qardaş Rusiya üçün sabitlik və rifah arzulayıram!

Hörmətlə, Tofiq Əvəz oğlu Quliev

Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və təşkili” kaferdrasını müdiri, iqtisad elmləri doktoru, Azərbaycanın Əməkdar Elm Xadimi, SSRİ Jurnalistlər İttifaqının keçmiş üzvü, "Qızıl Qələm" mükafatı laureatı.

Əlaqə üçün əlaqə nömrə: +994 50 580 61 63

E-poçt: [email protected]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar