«İslam dünyası «Qüds imtahanı»ndan kəsildi» - Ərdoğan

erdoqan_704cba3ba58a6fd26da4e09e4bf87a«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi məsələsinə müsəlman ölkələrin reaksiyasını şərh edən Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, İslam dünyası imtahanın öhdəsindən gələ bilmədi.

«Qüds - sadəcə, bir şəhər deyil. O, müsəlmanların rəmzidir - imtahandır. İslam dünyası bu imtahanı verə bilmədi. Bütün dünya da onu verə bilmədi. Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ-ın atdığı bu addıma qarşı dura bilmədi. Biz müsəlmanlar qınamaqdan savayı, heç nə etmirik» - deyə, Ərdoğan İsrailin Qəzza bölgəsindəki fəaliyyətinə qarşı İstanbulda keçirilən çoxminli mitinqdə bəyan edib. «NTV» kanalı mitinqi canlı yayımlayıb.

Ərdoğanın sözlərinə görə, «əgər müsəlmanlar birləşsələr və bu zülmə qarşı birlikdə çıxış etsələr, o zaman İsrailin sərsəmliyi uzun sürməz».

Bununla bərabər, Türkiyə lideri əlavə edib ki, yəhudi xalqını sionistlərlə eyniləşdirmək olmaz. O, Amerika xalqını ABŞ hakimiyyətinin buraxdığı səhvlərə qarşı səsini qaldırmağa çağırıb: «ABŞ yeganə ölkədir ki, Qüdslə bağlı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) qərarını bloklayır».

Bundan əvvəl Ərdoğan İsrailin Qəzza sektorundakı fəaliyyətini genosid adlandırıb.

635x100

Şərhlər

Hörmət 2018-05-19 00:17:36

Bütün müsəlman dövlətləri və Fələstin xalqına dəstək verən ölkələr öz səfirlərini ABŞ-dan və İsraildən geri çağırmalı,onlarla diplomatik əlaqəni kəsməlidirlər.ABŞ dünya üçün ən təhlükəli dövlətdir.

Son yazılar