SAXTA ƏLİLLİKLƏ BAĞLI ARAŞDIRMALAR BAŞLADI – Həbslər gözlənilir...

Nazir Sahil Babayev TSEK-lərdə şəffaflığa nail ola biləcəkmi...

Azərbaycanda əlilliyin təyinatı prosesindəki problemlər növbəti dəfə nazir səviyyəsində tənqid olunub. Bu dəfə də tənqid yeni əmək və əhalinin sosial müdafiəsi nazirindən gəlib. Belə ki, nazir Sahil Babayev nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində müşavirə keçirib.

Bildirib ki, əlillik təyinatlarının həyata keçirilməsində mövcud olan vəziyyəti qənaətbəxş hesab etmək olmaz: “Əlilliyin qiymətləndirilməsi prosesi tam qanunvericilik çərçivəsində icra olunmalıdır. Kimin ki, qanunla əlillik qrupu almağa hüququ çatır, onların bu hüququ süründürməçiliyə yol verilmədən, onlarda narazılıq yaratmadan təmin edilməlidir. Digər tərəfdən, əlillik vəziyyətində olmayan şəxslərə bilərəkdən  əsassız şəkildə əlillik qrupu təyin edilməsi hallarına yol verilməməlidir”.

Belə hallara yol verən əməkdaşların aşkar edilərək heç bir güzəşt olmadan sərt şəkildə cəzalandırılacağını qeyd edən S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə saxta əlillik təyinatlarına yol verilməsi və əlilliyin təyin olunmasında süründürməçilik hallarının qarşısının alınması üçün sistemli tədbirlər görüləcək. Artıq nazirlikdə müvafiq işçi qrupu yaradılıb. Həmin işçi qrupu Səhiyyə Nazirliyinin müvafiq işçi qrupu ilə birgə müəyyən bir dövr üzrə əlillik təyinatları ilə bağlı araşdırmalar aparır. Bu araşdırmaların nəticələrinə uyğun ciddi tədbirlər görüləcək. S.Babayev həmçinin diqqətə çatdırıb ki,  əlillərin reabilitasiyası səviyyəsi demək olar ki, sıfıra enib.

Nazir həmçinin deyib ki, bölgələr üzrə əlilliyin fərqli artım tempi ilə bağlı araşdırma aparılır. Xatırladaq ki, Azərbaycanın bir sıra bölgələrində əlillik səviyyəsi ölkə üzrə orta göstəricidən xeyli yüksəkdir. Bu məsələni Hesablama Palatası da qaldıraraq, ona aydınlıq gətirilməsi üçün xüsusi araşdırmanın aparılmasının gərəkdiyini bəyan edib.

Çox maraqlıdır ki, əlillik təyinatı sahəsindəki nöqsanlar keçmiş nazir Səlim Müslümovun da təyinatdan sonra ilk tənqid etdiyi məsələdir. Belə ki, 2013-cü ildə - təyinatından bir ay sonra S.Müslümov bütün rayonların tibbi-sosial ekspert komissiyaları (TSEK) sədrlərinin iştirakı ilə iclas keçirib. İclasda o, Bakının Xətai, Sumqayıt, Xaçmaz, İsmayıllı-Şamaxı-Qobustan, Ağcabədi-Ağdam, Mingəçevir-Yevlax, Samux-Goranboy-Naftalan, Daşkəsən-Göygöl, Qazax-Ağstafa, Cəlilabad-Biləsuvar, Masallı-Yardımlı, Saatlı-İmişli və Salyan-Neftçala regional TSEK rəhbərlərinin işdən azad olunduğunu bildirib və onlardan iclası tərk etməyi tələb edib. Lənkəran və Füzuli rayon TSEK-lərinin rəhbərləri isə işdən azad olunaraq həkim vəzifələrinə keçirilib. Düzdür, sonradan bəzi TSEK rəhbərləri yenidən öz vəzifələrinə bərpa olunmağı bacardılar, lakin S.Müslümovun bu addımı hamıda əlilliyin təyinatı sahəsindəki biabırçılıqlara son qoyulacağına dair böyük ümidlər yaratmışdı. Xüsusilə Bakıda bir neçə həkimin əlillik təyinatı ilə bağlı rüşvət alarkən yaxalanmasından sonra əhali bu sahədə, nəhayət ki, rüşvətxorluğa son qoyulacağını gözləyirdi.

TSEK-lərdə ile ilgili görsel sonucu

İnsaf naminə demək lazımdır ki, məlum iclasdan az sonra  əlilliyin qiymətləndirilməsi elektronlaşdırıldı. Belə ki, bu proses  səhiyyə müəssisələrinin elektron sistemə daxil etdikləri göndərişlər əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən yerinə yetirilməyə başlandı. Lakin bu elektronlaşma gözlənilən effekti vermədi - rüşvət müqabilində əlillik təyinatı mexanizmi mürəkkəbləşdi, üstəlik, saxta əlillik kağızlarının verilməsi üçün tələb olunan məbləğ də yüksəldi. Yəni elektronlaşma sistemdə şəffaflıq və ədalətli yanaşma bərqərar etmək əvəzinə rüşvətxorluğun həcmini böyütdü. Məsələn, elektronlaşmadan əvvəl 1-2 min manata başa gələn “iş” ondan sonra 3-4 min manatadək “bahalaşdı”. Bu isə ondan xəbər verirdi ki, S.Müslümovun radikal görünən addımları bir tərəfdən ictimai rəyə təsir baxımından, ikinci tərəfdən isə TSEK kimi “gəlirli” yerlərə öz komandasının yerləşdirilməsi baxımından ustalıqla düşünülmüşdü.

İndi yeni nazir S.Babayev əlilliyin təyinatı ilə bağlı vəziyyətdən narazılığını açıqlayıb. Sələfi kimi ictimai rəyə hesablanmış addımlar atmasa belə, yeni nazirin də bu sahədə ciddi dönüş yarada biləcəyi ciddi sual altındadır. Hələ ki, bu çox ciddi korrupsiya mənbəyinə çevrilmiş prosesə əsl şəffaflıq gətirmək mümkün olmayıb.

sahil babayev ile ilgili görsel sonucu

Onu da qeyd edək ki, əlilliyin təyinatı ilə yanaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində korrupsiya imkanlarının böyük olduğu ikinci sahə pensiya sistemidir. S.Müslümovun həyata keçirdiyi “islahatlar” Dövlət Sosial Müdafiə Fondunda da korrupsiya və rüşvətin ən azı olduğu kimi qalmasına xidmət edib. Elə Hesablama Palatasının apardığı çoxsaylı yoxlamaların nəticələri də göstərir ki, pensiya sistemindəki köklü problemlər davam etməkdədir: ölmüş şəxslərin  adına pensiya yazılması, bir nəfərin bir neçə yerdən pensiya alması kimi faktlar Hesablama Palatasının aşkarlaya bildikləridir. Pensiya təyinatı, pensiyaların hesablanması sahəsində vəziyyət daha kəskindir. Güman olunur ki, Palatanın hazırda Fondda davam edən yoxlamaları nəticəsində daha böyük qanunsuzluqlar aşkarlanacaq.

Ekspertlər hesab edir ki, saxta əlillik, habelə haqqı çatan adamlara rüşvət vermədikləri üçün sənəd təqdim olunmaması, eyni zamanda pensiya təminatındakı korrupsiya ilə əlaqədar ciddi araşdırmalar gedir. Bu prosesin sonunda yüksək vəzifəli şəxslərin həbsinin qaçılmaz olduğu bildirilir(musavat.com).

635x100

Şərhlər

Sus 2018-05-19 10:21:59

SOSİAL YARDIMI rayonlarda belə verirlər.Yaxınlaşırlar adamlara və deyirlər-sənə 1 və ya 2 min lazımdır.O da təbii ki, razılaşır.Həmin adamın adına 2-3 illik sosial düzəldirlər.Onun kartını da qoyurlar öz ciblərinə.Həmin adama isə ümumi pulun 10-15%-ni verirlər.Qaldı burada rəy yazanlara- bu məmurların əsası rüşvətlə qoyulub.Burada kiminsə yaxşı mənada nə etməyi mümkünsüzdür.....

t.ədalət 2018-05-19 10:21:59

Diqqəti ölülərin adına alınan pensiyalara yönəltmək lazımdır.Saxta pensiya məsələsi Azərbaycanda həmişə olub.Xüsusilə,Respublika hərbi komissarlığı vasitəsi ilə bu iş görülüb.Səlim müəllim,hərbiçilərlə digər pensiyaçıları "birləşdirəndə" yuxarıların bundan xəbəri olub.Axı,S.Müslümov pensiyaçılar üçün eyni bankdan ödənişlər edirdi.Pensiyaları birləşdirəndən sonra mənzil tikintisi ilə məşğul olanlar və digər kommersantlar da Səlim müəllimin əlinə keçdi.Böyük faizlə onlara gizli kreditlər verdi..

ABDULQADIR-ə 2018-05-19 10:21:59

Əgər tədqiqatçı olsa dissertasiya işi üçün mövzu təklif edə bilərəm – “Azərbaycanda gəlirlərin yaranması, bölünməsi və yenidən bölünməsində korrupsiya mexanizmləri”....))))) DSMF-na ayrıca fəsil ayırmaq olar....))))) Amma yox, digər istiqamətlər üzrə korrupsiyanı nəzərə alsaq DSMF-ə bir paraqraf yer çatacaq....)))))))))))

SUAL 2018-05-19 10:21:59

ƏLİLİK KORUPSİYAYA XİDMET EDİBSƏ BƏS CAVİD QURBANOVUN QARDAŞİ İLQAR QURBANOV VTEK SƏDRİDİR AY BABAY. NƏ QAYURACUX A?

Həsənağa 2018-05-19 10:21:59

Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi Xasayev Ağalar və Pensiya sektorunun müdiri Tağıyev Eldəniz Nəcəg oğlu .... bulunan şəxslərdir.Yəqin ki,yeni nazir bunlara da ıl qatar

heqiqet 2018-05-19 10:21:59

men hec bir insanin vezifeye kecdikden sonra edaletli olacagina inanmiram

ABDULQADIR 2018-05-19 10:21:59

Ay-yarin sherhinden sonra hech bir sherhe lüzum yoxdur.Bu sherh etrafinda bu nazirlik haqqinda disertasiya yazmaq olar.

Alı 2018-05-19 10:21:59

Bu ilin fevral ayında TSEK-ə müraciət etdim.4000 verdim almadəlar və 5000 manatdan bir qəpik də düşə bilməyəcəklərini bildirdilər.Həmçinin onlara vur-tut 500 manat qaldıgını, pulun qalanını Əjdər Cəbiyevə verdiklərinə and aman edirdilər.Mənimlə bərabər 15-20 adam vardı və sap saglam idi.Hamısı da 5000 verib əlillik aldılar.

Hörmətli oxucu! 2018-05-19 10:21:59

Bismillahir-Rəhmanir-Rəhim. Nağıl edirlәrki, birgün, әdalәtli Nuşirәvan üçün ovda kabab bişirirdilәr, lakin duz yox idi. Duz üçün kәndә bir adam göndәrmәk lazım gәldi. Nuşirәvan ona dedi: — Duzu zorla deyil, pulla alki, kәnd xaraba qalmasın. Soruşdular: — Azaçıq duzla kәnd necә xaraba qalar?Amma Әnuşirәvan cavab verdi: — Zülm dünyada әvvәlcә az idi, sonra һәr gәlәn onu biraz artırdı, nәһayәt, indiki һәddә gәlib çatdı. Amma reallıq onu göstərdi ki,hər gələn nazir problemləri həmişəki kimi bir az artırır. Bu məsələyə aydınlıq gətirilərilənsə yaxşı olar.

Komsomol 2018-05-19 10:21:59

Gərək vaxtında əvvəllər də müxtəlif mənimsəmə, vəzifə cinayətləri törədib cinayət məsuliyyətindən müxtəlif yollarla yayınmış Səlim kimi adamı belə vəzifəyə qoyulmamalıydı. Heç olmazsa gec də olsa bahalığın gündən günə artdığı bir vaxtda Səlimin, onun dayısının mənimsədiyi milyard manatlarla ölçülən pul və digər var-dövlət müəyyən edilib Dövlətimizin büdcəsinə ödənilsəydi yaxşı olardı. Bunun üçün istintaqa prossesul rəhbərlik edən yaxşı prokuror lazımdır......

Rauf 2018-05-19 10:21:59

Zamanla dediyiniz kimi ictimaiyyətə bu sahədə hansısa yaxşılığa doğru işlərin görülməsi görüntüsü yaradılıb. Lakin sonda biz rüşvətin məbləğinin artmasını, daha "bacarıqlı" adamların vəzifələrə gətirilməsini gördük. Məsələnin həll olunması üçün palata "seçmə" deyil tam yoxlama aparmalıdır. Digər tərəfdən şəffaflıq təmin olunmalıdır. Sosial yardım alan adamların siyahısı çap olunmalı, hər iki tərəfin sui-istifadə hallarına ciddi nəzarəti ciddi adamlar etməlidir.

Eyvaz 2018-05-19 10:21:59

Yoxlamalara külli miqdarda vəsait sərf etmək əvəzinə prokurorluq əjdər olu çağırıb hər şeyi bir gündə öyrənə bilər.

G.M 2018-05-19 10:21:59

Əlillik təqaütləri fantastik surətdə qalxacaq..Hələ bəlkə də S.Müslümovun dədəsinə ``rəhmət oxudacaqlar``.Səlimin adamları verdiklərindən saxlayırdılar,bunlar vermədiklərindən alacaqlar...Allah eləsin mənim praqnozum politoloqlarımızın praqnozu kimi yalan çıxaydı..Xalq yazıqdır.

Ay-yar 2018-05-19 10:21:59

Əslində bir şey yazmaq fikrim yox idi. İndi də yoxdur. Amma onu demək istəyirəm ki, təzə nazir bala yeni bir söz, yeni bir fikir icad etmir - sadəcə bu, keçən dərslərin primitiv təkrarıdır: elə Səlim Müslümov da bu vəzifəyə gələndə ilk olaraq saxta əlillik məsələsindən başladı. Özü də xeyli təkəbbürlü və hikkəli! Komissiya sədrliyinə təyinatların qiymətini qaldırdı, 300-500 manata düzələn əlillik (çarəsizlik) qrupunu 4000-5000 manata qaldırdı və qaldıra-qaldıra özü də qalxdı. P.S. Ünvanlı yardım 50:50-yə.

Son yazılar