Rusiyada müxalifət yeni partiya təsis edib

Bu gün Rusiyada müxalifət lideri Aleksey Navalnının tərəfdarları Gələcəyin Rusiyası Partiyasını təsis ediblər.

“Report” “dw”yə istinadən xəbər verir ki, bunu Aleksey Navalnının mətbuat katibi Kira Yarmış bildirib.

Onun sözlərinə görə, qurultayın 124 iştirakçısı yekdilliklə partiyanın yaradılmasına səs verib. Tədbirdə A.Navalnı iştirak etməyib. O, mayın 5-də Moskvada keçirilən kütləvi etiraz aksiyasını təşkil etdiyi üçün 30 sutka azadlıqdan məhrum edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar