Rəşad Mahmudov Bakı Ürək Mərkəzindən getdi - Nazir sərəncam imzalayıb 

Millət vəkili, Azərbaycanın tanınmış cərrahı Rəşad Mahmudov Bakı Ürək Mərkəzinin Elmi, Tədqiqat və Tibbi işlər üzrə  müavin vəzifəsindən uzaqlaşdırılıb. BakuPost xəbər verir ki, bu barədə Səhiyyə naziri Oqtay Şirəliyev dünən sərəncam imzalayıb.

Xəbəri Rəşad Mahmudovun özü BakuPost-a təsdiqləyib.

Onun sözlərinə görə, Bakı Ürək Mərkəziylə bağladığı müqavilənin müddəti mayın 18-də bitib: "Müqavilənin müddəti bitdiyinə görə, qarşılıqlı olaraq müqaviləyə xitam verildi".

Qeyd edək ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində "Ürək Mərkəzi” ötən ilin may ayında yaradılıb.

Mərkəzin mətbuat xidmətinin rəhbəri Səadət Hənifəyeva  unikal.org-a açıqlamasında: "Rəşad Mahmudov "Bakı Ürək Mərkəzi” yaradıldığı gündən ürək-damar cərrahı kimi fəaliyət göstərib. Onunla bərabər digər həkimlər də burada çalışıb. Hazırda da onlar mərkəzdə fəaliyətlərini davam etdirirlər. Sadəcə Rəşad Mahmudovun Bakı Ürək Mərkəziylə bağladığı müqavilənin müddəti mayın 18-də bitdiyinə görə, qanunvericiliyə uyğun olaraq əməkdaşlığa xitam verilib. Bu səbəbdən o, artıq bizdə çalışmır” deyə qeyd edib.

 

635x100

Şərhlər

sual 2018-05-19 17:14:43

bizə urek deyil ayaq lazimdir ki qacib torpaqlaqrdan azad olub canimizi qurtaraq. o baximcn doktoru alqislayiramş bəs siz necə?

EWDER 2018-05-19 17:14:43

SEHIYYE OLMASADA OLAR ESAS INKIWAFDU...

Hörmətli oxucu! 2018-05-19 17:14:43

Bismillahir-Rəhmanir-Rəhim. Millət vəkili, Azərbaycanın tanınmış cərrahı Rəşad Mahmudov. Tanınmış cərrah nə deməkdir?Ancaq ilk baxışdan bu sual sadə görünür. Sirr deyil ki, camaat onun ünvanına xoşa gəlməyən işindən danışırlar.Onun etdiyi əməliyyatların düzgün olunmasından çox danışırlar.Onun əməliyyatından sonra xəstənin halı pisləşir.Xəstəni Türkiyə aparılar.Orada xoşa gəlməyən fikirlər deyirlər. Heç kəs üçün vəzifə əbədi deyil.Səhiyyə naziri Oqtay Şirəliyevin bəlkəmdə birinci düzgün sərəncamdır.

Son yazılar