Ermənistanın yeni xarici işlər naziri Qarabağa gəldi

Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyan mayın 18-də Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisinə gələrək, Xankəndində qurulan separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüb.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağla bağlı xarici siyasətə dair bir sıra məsələlər müzakirə olunub. Mnatsakanyan görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

Zöhrab Mnatsakanyan bildirib ki, Bako Saakyanla Qarabağın Ermənistan üçün əhəmiyyətindən danışıb, separatçıların təhlükəsizliyi məsələsini müzakirə edib.

Ermənistanın yeni xarici işlər naziri bəyan edib ki, Dağlıq Qarabağ Ermənistanın diplomatik cəbhədə prioritetlərindən biri olacaq.

635x100

Şərhlər

ewder 2018-05-19 17:15:11

biz ise inkiwaf edirik

Son yazılar