“Hazırda Azərbaycan Avropanın ən inkişaf etmiş ölkələrindəndir” – Prosineçki

Dərc olunub: 19/05/2018 - 18:44

e8c3173b-09fe-4100-bdab-4c408527d0f6_292“Azərbaycanda gözəl təcrübə topladım, son illər sürətlə inkişaf edən milli komandada 3 il çalışdım və biz seçmə tsikldə xallar toplamağa başladıq”.

“Report”un məlumatına görə, bunu Bosniya və Herseqovina milli komandasının hazırkı baş məşqçisi Robert Prosineçki Azərbaycan yığmasındakı fəaliyyəti barədə danışarkən deyib. Bakını fantastik şəhər kimi dəyərləndirən xorvatiyalı mütəxəssis bu meqapolisdən ləzzət aldığını vurğulayıb. Onun fikrincə, hazırda Azərbaycan Avropanın inkişaf etmiş ölkələri ilə eyni səviyyədədir: “Onlar bilmədikləri məsələlərə qarışmırlar. Lakin müəyyən sahələrə xərc çəkərək mütəxəssislər cəlb edirlər. Bu səbəbdən, hazırda qitənin ən inkişaf etmiş ölkələrinə uyğun yerdədirlər. Bu, bütün mənalarda – infrastruktur, təşkilati struktur və nəticələr baxımından belədir. Baxın, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı”.

Qeyd edək ki, Robert Prosineçki Azərbaycan millisində 2014 – 2017-ci illərdə çalışıb. Onun rəhbərliyi altında yığma komanda 2016-cı il Avropa çempionatının seçmə mərhələsində 6, 2018-ci il dünya çempionatının seçmə tsiklində isə 10 xal toplayaraq 6 komandalı qrupu 5-ci pillədə başa vurub.


loading...




Fikrinizi bildirin