Rusiya XİN-dən Azərbaycana cavab - "Düz eləmişik..."

Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi konkret beynəlxalq tədbirlərdə Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan separatçı rejimin nümayəndələri ilə təsadüfən "üz-üzə" gəlmək olar deyə iştirakdan imtina etməyi heç vaxt nəzərdə tutmayıb.

Trend-in verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

Xatırladaq ki, daha əvvəl Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünü Abxaziya prezidenti kimi təqdim edən Raul Xadjimbanın Rusiya XİN-in 4-cü MDB idarəsinin rəisi Aleksey Pavlovski, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim, Dnestryanı və Cənubi Osetiya rejimlərinin nümayəndələri ilə görüşünü regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndirib.

Hikmət Hacıyev qondarma rejim nümayəndəsinin Rusiya XİN-in nümayəndəsi ilə qarşı-qarşıya oturması ilə bağlı suala cavabında deyib: "Bu heç bir halda regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün etimadın qurulmasına xidmət edən addım deyildir. Əksinə regionda ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edir".

Nazirlik rəsmisi bildirib ki, diplomatik kanallarla etiraz və ciddi narahatlıq Rusiya XİN-ə çatdırılacaq.

635x100

Şərhlər

AZER 2018-05-19 21:41:57

RUSIYA HƏMISƏ AƏERBAYCANIN DÜSMƏNİ OLUB.ONUN SAYƏSİNDƏ AZƏRBAYCAN TORPAQLARINDA ERMƏNİSTAN DÖVLƏTİ YARADILIB,QARABAĞ İSĞAL OLUNUB,ERMƏNİSTAN SİLAHLANDIRILIR.Q.HƏSƏNQULİYEV DEYİR Kİ,RUSİYA İLƏ ANLASAQ QARABAĞI ALAQ.QARI DÜSMƏNDƏN DOST OLMAZ.5-Cİ KOLON AZƏRBAYCANA ZƏRBƏ VURMAĞA CALISIR.SAYIQ OLMALİYIQ.ERMƏNİLƏRLƏ QOHUMLUQLARI OLANLAR,MƏMURLAR , ORDUDAN,CÜC STRUKTURLARINDAN ZABİTLƏR vƏ S.TƏMİZLƏNMƏLİDİR.RUS MƏKTƏBLƏRİ SON ZAMANLAR YAMAN COXALIB.RUS TƏHSİLİ ALANLARIN COXUNDA AZƏRBAYCANLI DÜSÜNCƏSİ ZƏİF OLUR.

t.ədalət 2018-05-19 21:41:57

Dağlıq Qarabağın "nümayəndəsi" əslində elə Rusiyanın təyin etdiyi adamdır.Əlbəttə,biz gizlətsək də ruslar öz kadrlarını heç vaxt gizləmir.Bəlkə də bizi saymadıqlarına görə..Qəribədir,elə bu ərəfədə səfirimiz Həsən Həsənov da rusca yazdığı kitabın Moskva kitabxanalarından birində təqdimatını keçirib.

t.ədalət 2018-05-19 21:41:57

Dəfələrlə deyilib ki,bu problemi ermənistan yox,rusiya yaradıb.Məqsəd işğal olunan torpaqlar vasitəsi ilə Azərbaycanın müstəqilliyini əngəlləməkdir. Bu məsələni E.Məmmədyarovun öhdəsinə buraxmaq "quzunu qurda tapşırmaq" kimi bir şeydir.Biz belə məsələlərdə milli düşüncəyə yaxından bələd olan,Azərbaycanın müqəddəsliyini dərindən dərk edən və ona bağlı olan adamlardan istifadə etməliyik.Rusca danışan və rusca düşünən birinin milliliyi olmur..

ZƏLİL 2018-05-19 21:41:57

Putinin şirinlik tortu bizi çox intizarda qoymadi"""""Rusiya XİN-dən Azərbaycana cavab - “Düz eləmişik""""

Son yazılar