Hacı Zeynalabdin Tağıyev məşhur türk serialında - VİDEO

Türkiyənin məşhur tarixi seriallarından biri olan “Payitaht Abdulhamid”də Azərbaycana da yer verilib. Ekran işinin 51-ci seriyasında Azərbaycanın məşhur milyonçusu Hacı Zeynalabdinin Sultan Abdulhamidlə görüşü təsvir olunub.

Görüş zamanı Hacı Zeynalabdin Sultana Azərbaycan türkcəsində yazılmış “Qurani Kərim” hədiyyə edir.

Serialdakı sözügedən səhnələr sosial şəbəkələrdə paylaşılıb. Sosial şəbəkə istifadəçiləri ekran işində Azərbaycanın tarixi şəxsiyyətinə yer verilməsini təqdir ediblər. Filmdə Hacının dilindən  Türkiyə və Azərbaycan türklərinin bir Ananın 2 oğlu olması fikri səsləndirilib.    

635x100

Şərhlər

Ədəbiyyat müəllimi 2018-05-19 21:54:22

Z.Tağızadə haqda filmin Türkiyədə Azəbaycandan əvvəl çəkilməsi Azərbaycanda kini industriyası ilə məşğul olanlara tövsiyyədir.Bizim ağıldan bəla kino sənətçilərimiz və bəzi düşüklər "qız qaçırma" və bu kimi düşük işlərlə məşğul olduqlarından onları intelektual,tarixi, tərbiyəvi və müasir mövzular barədə düşünə bilməzlər.Bu da Azərbaycan incəsənətinə dövlət diqqətinin olmadığına dəlalət edir.Belə ucuz,düşük mövzular ekrana necə yol tapır? Kino-incəsənətin ən çox yayılmış mövüdür.

Son yazılar