"Qalatasaray" 21-ci dəfə Türkiyə çempionu olub - FOTOLAR + VIDEO

Qalatasaray" klubu futbol üzrə Türkiyə çempionatının 34-cü turunda "Göztəpə" üzərində qələbə qazanaraq (1:0) ölkə çempionu olub. “Report” xəbər verir ki, matçda yeganə qolu qonaqların fransalı hücumçusu Bafetimbi Qomis penaltidən vurub.

"Qalatasaray" 72 xal yığaraq Türkiyə çempionatının yekun turnir cədvəlində "Fənərbağça" və "İstanbul Başakşehir"i 3 xal qabaqlayıb.

Fatih Terimin komandası ölkə birinciliyində 21-ci dəfə qalib olmaqla çempion titulu üzrə rekordunu yaxşılaşdırıb. "Fənərbaxça"nın 19, "Beşiktaş"ın isə 15 titulu var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar