“Rəsulzadənin, Elçibəyin, Heydər Əliyevin adlarına universitetlər açaq”

“Hökumət təhsil sahəsində təxirəsalınmaz ciddi qərarlar qəbul etməlidir”

Azərbaycan adambaşına düşən ali təhsillilərin sayına görə region dövlətlərindən xeyli geri qalır. Bu barədə deputat Qüdrət Həsənquliyev, Türkiyə prezidentinin 20 yeni universitetin yaranması barədə qanun imzalamasını şərh edərkən və özünün 3 yeni universitetin yaradılması ilə bağlı Milli Məclisdə qaldırdığı məsələ ilə bağlı danışarkən APA-ya açıqlamasında deyib.

Q.Həsənquliyevin sözlərinə görə, o parlamentdə Azərbaycanın üç tarixi şəxsiyyətinin adına yeni bir universitetin yaradılması məsələsini qaldırıb: “Azərbaycan xalqı qarşısında böyük xidmətləri olmuş üç tarixi şəxsiyyətin M.Ə.Rəsulzadənin gələn il, Heydər Əliyev və Əbülfəz Elçibəyin bu il yubileyləri olacaq. Onların hər birinin adına yeni bir universitet açsaq həm onların ruhunu şad edərik, həm də xalqımız bundan faydalanar. Nəzərə alsaq ki, Azərbaycan adambaşına düşən ali təhsillilərin sayına görə region dövlətlərindən xeyli geri qalır”.

Deputat Gömrük Komitəsinin Akademiyasını Azərbaycan Respublikası Gömrük Komitəsinin Heydər Əliyev adına hüquq və iqtisadiyyat Akademiyası adlandırmağı təklif edib: “Bu günlərdə Gömrük Komitəsinin yeni rəhbərliyi ictimaiyyət nümayəndələri ilə gömrükdə şəffaflıq mövzusunda dəyirmi masa təşkil etmişdi. Mən də həmin tədbirdə iştirak edirdim. Bəlli oldu ki, bir çox sahibkarlar elektron gömrük bəyannamələrini doldura, müasir informasiya texnologiyalarından istifadə edə bilmirlər. 2012-ci ildə Prezident fərmanı ilə yaradılmış GK-nın Akademiyasında bir fakültə üzrə iki ixtisas var və ildə cəmi 44 tələbə qəbul edir. 6 il keçməsinə baxmayaraq Qəbələdə tikilməsi nəzərdə tutulan Akademiyanın binası və tələbə yataqxanası hələ də tikilib başa çatmayıb”.

Q.Həsənquliyev qeyd edib ki, müasir bir ali məktəbin fəaliyyətə başlaması imkan verəcək ki, Qəbələ turizmlə yanaşı Azərbaycanın yeni bir elmi, mədəni mərkəzinə çevrilsin. "Artıq ölkə Prezidenti Qəbələyə dəmir yol xəttinin çəkilməsi barədə də göstəriş verib. Akademiyada hüquq və iqtisadiyyatla yanaşı, beynəlxalq iqtisadi münasibətlər, beynəlxalq əlaqələr, maliyyə, mühasibat uçotu, biznes idarəçiliyi və s. bu kimi fakültələr olmalıdır. Eyni zamanda həmin fakültələrdə ingilis dilli bölmələr olmalı, tələbələrin sayı isə minlərlə sayılmalıdır. Akademiya yalnız GK üçün yox, ölkə üçün, özəl sektor və xarici ölkələr üçün də kadrlar hazırlamalıdır”.

Milli Məclisin deputatı, Bakı ətrafında Rəsulzadənin adına Azərbaycanın çox ehtiyac hiss etdiyi yeni bir texnologiya universitetinin açılmasını məqsədəuyğun sayıb: “Belə bir universiteti hansısa nüfuzlu universitetin filialı kimi də açmaq olar. Həm də özəl universitet kimi”.

“Üçüncü, ictimai-siyasi elmlər universitetini isə Ordubadda Əbülfəz Elçibəyin adına açıb, Azərbaycanın bu dilbər guşəsinin hərtərəfli inkişafına böyük töhfə vermiş olarıq.

Müasir dünyada elmə və təhsilə qoyulan investisiya ölkənin inkişafını, xarici ölkələrdən tələbə cəlb etməklə ölkənin mədəniyyətini təbliğ etməyə imkan verir. Xarici tələbələr ölkəyə valyuta gətirməklə yanaşı həm də o ölkənin dostlarına çevrilirlər. Böyük Britaniyada 437 000 xarici tələbə təhsil alır ki, bu ümumi tələbələrin 19%-ni təşkil edir. Həmin tələbələr ölkədə 206 600 iş yerinin açılmasını təmin edib və ölkə xarici tələbələrdən 27 milyard £ ildə pul qazanır. Bu bizim manatla 61 milyard edir. Bizim universitetlərə kifayət qədər xarici tələbə cəlb edə bilməməyimizin əsas səbəblərindən biri də tələbə yataqxanalarının olmamasıdır. Hökumət və Təhsil Nazirliyi bu barədə də təxirəsalınmaz ciddi qərarlar qəbul etməlidir”, - deyə Q. Həsənquliyev bildirib.

635x100

Şərhlər

Vidadi 2018-05-20 00:48:33

Bəs BDU Rəsulzadə adlna deyildi? Nə oldu? Dəyişib? Niyə?

aysberq 2018-05-20 00:48:33

Burada Siz korladınız! ..... Abutalıbov demişkən...!

Musdafa 2018-05-20 00:48:33

Qüdrəт bəу qaуnagı bilinməуən тəklifini bir dah уeni varianтlarda verib. Hər şəxsiууəтə doguldugu raуon və уа şəhərdə abidə, ad qoуulması xoş xaтirələrlə тamamlanır. Bunun 100 illik уubileуdə seçilməsi daha uуgun və тəqdirəlaуiq olur. Bu işə ciddi diqqəт aуıran Q.Həsəquliуev gorəsən, oz adını və уa abidəsini harada olmasını isтərdi?

Rehim 2018-05-20 00:48:33

Resulzadenin adina universitet acmaqla onun ruhunu wad etmiw olduqunuzu duwunursuzse yanilirsiz.Resulzade tek olmayib.Onun silahdawlari olub.Eger ruhlarinin wad olmasini isteyirsizse ele birinci novbede Resulzade ve onun butun silahdawlarinin mezarlarini olkeye getirin ve onlarcun ayrica mezarliq yaradin.Huseyin Cavidin mezarini naxcivana getirib az qala mavzaley duzeltdiniz.Amma Resulzade ve silahdawlarinin mezarlarini Bakiya getirmeye qorxursuz.

G.M 2018-05-20 00:48:33

M Ə Rəsulzadə ilk dəfə Azərbaycanda Dövlətçiliyin bünövrəsini qoydu,H.Əliyev onu bərpa elədi ....

Son yazılar