Ukrayna Təhlükəsizlik Xidmətindən təkzibedilməz sübutlar - Fotofakt

Ukrayna Təhlükəsizlik Xidmətində (UTX) “Boinq-777” təyyarəsinin Rusiyadan Ukraynaya heyəti ilə birgə ötürülən “BUK-M” zenit-raket kompleksi ilə vurulduğunu təsdiqləyən təkzibolunmaz sübutlar var.

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün Kiyevdə keçirilən brifinqdə UTX Departamentinin rəisi Vitali Nayda bildirib: “UTX istintaq çərçivəsində tədbirlər həyata keçirərək Rusiya vətəndaşlarının terror aktında iştirakını təsdiqləyən tutarlı dəlillər əldə edir”, deyə Nayda vurğulayıb.

O qeyd edib ki, UTX artıq qeyd olunan sübutları beynəlxalq tərəfdarlarının hamısına təqdim edib. Nayda, həmçinin, UTX-nın Niderland polisi və bir sıra digər ölkələrin hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birbaşa çalışdığını qeyd edib.

UTX nümayəndəsi Donetsk vilayətinin Torez şəhərinin küçələrinin birində “BUK-M” zenit-raket kompleksinin və Donetsk vilayətində qeyd olunan komplekslərdən ibarət karvanın fotoşəkillərini nümayiş etdirib. Bundan başqa, Torez şəhəri yaxınlığından raketin Snejnoye qəsəbəsi istiqamətində (“Boinq-777” təyyarəsinin olduğu istiqamətdə) buraxıldığı anın əks olunduğu fotoşəkil də jurnalistlərə nümayiş etdirilib.

Vitaliy Nayda qeyd edib ki, UTX raketin buraxıldığı konkret yer artıq müəyyən edilib. Onun sözlərinə görə, həmin sahə hazırda terrorçuların və Rusiya hərbçilərinin tam nəzarəti altında olan ərazidə yerləşir.

Vitali Nayda həmçinin vurğulayıb ki, Rusiya tərəfi terrorçulara “BUK-M” zenit-raket komplekslərinin hamısının Ukrayna ərazisindən təcili çıxarılmasına dair göstəriş verib. Belə ki, iyulun 18-də gecə saat 02.00 radələrində Luqansk vilayətində Rusiya sərhədini birinin üzərində “BUK-M” raket qurğusunun olduğu iki yedəkli yük maşını keçib. Həmin gün gecə saat 04.00 radələrində dövlət sərhədini daha 3 yedəkli yük maşını keçib – onlardan biri boş, digərində üzərində 4 raketin olduğu qurğu, üçüncüdə isə idarə modulu olan döyüş maşını olub.

Vitaliy Nayda Rusiyanın Ukrayna səmasında törədilən terror aktında birbaşa iştirakının sübutlarını gizlətməyə çalışdığını vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar