Bərdədə iribuynuzlu mal-qara arasında kütləvi tələfat olub

Bərdə rayonunda mal-qara arasında kütləvi tələfat olub.Mehdili kəndində yerli sakin Müslüm Məmmədova məxsus təsərrüfatda 20 baş iribuynuzlu heyvan tələf olub, daha 30 heyvan isə təhlükə altındadır.

Hadisə baş verən təsərrüfata mütəxəssislər cəlb olunub. Ölü heyvanlar yarılaraq nümunələr götürülüb. Sağlam heyvanlardan isə qan nümunələri alınıb.

Hazırda heyvandarlıq təsərrüfatı nəzarətə götürülüb. İlkin diaqnoz kimi heyvanların zəhərlənmədən öldüyü ehtimal olunur. (Report)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar