AZƏRBAYCAN HƏRBÇİSİ ŞƏHİD OLDU - Düşmən Naxçıvan istiqamətində təxribat törətdi

Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

Müsafiıə Nazirliyindən verilən məlumata görə, Nazirliyin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

Müdafiə Nazirliyi bildirir ki, törədilən təxribatın arxasında bir neçə gün əvvəl qoşunların bu istiqamətdə yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri birbaşa dayanır və bu təxribatın onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur.

Ermənistan rəhbərliyi bilməlidir ki, Naxçıvanın qəhrəman müdafiəçiləri şəhidin qisasını qısa müddətdə alacaq.

635x100

Şərhlər

azad 2018-05-20 18:29:39

şəhdlər kasıbların balalrıdır nə vaxtki məmurları balaları ön cəbhədə erməni ilə üz üzə dayanmayıb bunların hec vətən vecnədə deyil.

Naxçıvan sakini. 2018-05-20 18:29:39

...axı niyə biz öz gücümüzü göstərmirik ki,onlar da bizi qorxaq adlandırmasın.Yadda bir məsələni saxlamaq lazımdır ki,gözləmə mövqei bizim zərərimizə ermənilərin isə xeyrinədir.Hər gün ruslar onları yeni-yeni silahlarla silahlandırır və onlar daha da güclənirlər.Digər bir tərəfdən də biz arxayınlaşırıq.Torpaqlarımız işğal altındadır və biz öz torpaqlarımızı qaytarmalıyıq ki,sərhədlərimizi bərkidək.

Nadir 2018-05-20 18:29:39

Neçə ki hücum edib torpağımızı almayacağıq düşmən bizim qanımızı içəcək. Oğullarımızın cavanlarımızın qanını tökəcək. Allah düşmənimizə nələt bizə də cəsarət versin, bu məsələni bir dəfəlik həll edək,uşaqlarımıza gələcək nəsillərimizə problem qoymayaq. Paşinyanın cavabı verilməsə düşmən azqınlaşacaq.

t.ədalət 2018-05-20 18:29:39

Əvvəllər erməni-rus qoşunları Naxçıvan istiqamətində təxribat törətmirdilər...

X 2018-05-20 18:29:39

Allah rehmet elesin biz buna hazirlasiriq 30 ildi besdi daha yediyimiz corek icdiyimiz su bize haramdi inkisaf anoloqsuz

Akif 2018-05-20 18:29:39

Allah Adil Tatarova rəhmət eləsin! Onun vəfatında günahkar hərbi komissarlıqdıq.Çünki o, ailənin tək oğlu olub.

ewder 2018-05-20 18:29:39

yox ewwi biz inkiwaf edirik,bow bow tedbirlerle ozumuzu avropaya tanidiriq,pullari,daqidiriq.ermenstan bowalir,az qalib....

Son yazılar