ÇAY İDXALININ HƏCMİ 4 DƏFƏ AZALDILIB - Sabiq sədrlə bağlı daha bir fakt açıldı 

Əminəm ki, Azərbaycanda hər kəs Seylon çayının dadına ən azı bir dəfə baxıb. Lakin Şri-Lankadan Azərbaycana idxal marşrutu boyunca uzanan milyonlarla dollarlıq korrupsiya barədə heç də hamının məlumatı yoxdur.

2017-ci ildə Şri-Lanka Azərbaycana 12.271 ton çay ixrac edib. Bu, əvvəlki ildəkindən 16.2% çoxdur. "Turan" İA bu barədə informasiyanı Comtrade UN-dan əldə edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, deyilən dövrdə müvafiq olaraq 11 767 və 11 539,5 ton Seylon çayı qanuni şəkildə ölkənin gömrük sərhədindən keçirilib. Şri-Lankanın hökumət mənbələri 2017-ci ildə Azərbaycana göndərilən yükü 62 milyon 865 min ABŞ dolları qiymətləndirib. Bu, Azərbaycan gömrüyündə bəyan edilən qiymətdən 33,1 faiz çoxdur. Bir ton çay $5122,9-a ixrac edilib. Azərbaycanda gömrük vergisi və rüsumlar 1111 dollar ucuz qiymət əsasında müəyyən edilib. İki ölkənin gömrük məlumatları arasındakı fərq 15 milyon 650,5 min dollar təşkil edir. Başqa sözlə, gömrükdə saxta invoys təqdim edilməsi ehtimalı var. 2016-cı ildə Şri-Lanka və Azərbaycan gömrük məlumatları arasındakı fərq 4,7 milyon dollar idi.

Əvvəlki illərdə iki ölkənin Azərbaycana çay tədarükü üzrə məlumatlarındakı fərq daha çox olub. 2014-2015-ci illərdə Azərbaycan gömrüyündə 12.215 ton çay idxalı bəyan edilib. Şri-Lanka mənbələri bu iki il ərzində Azərbaycana təxminən iki dəfə çox çay ixrac edildiyini bildirir - 22 828 ton. Bu illərdə çay idxalının həcmi qiymət ifadəsində təxminən 4 dəfə azaldılıb (Azərbaycan - 25 milyon, Şri-Lanka - 98 milyon dollar).

Dövlət standartlarına uyğunluq sertifikatlarının reyestrində Azərbaycana çay idxal edənlər haqqında məlumat yoxdur. Azərbaycanda qara çayın emalı və qablaşdırılması ilə əsasən "Beta Tea" və "Azərsun Holdinq" şirkətləri məşğul olur.

Bu ilin I rübündə rəsmi olaraq ümumi bəyannamə qiyməti 11 milyon 857 min dollar (+ 16,5%) olan 3 min 66 ton çay (+ 18%) idxal edilib.

"AzPolitika.info" onu da qeyd edir ki, bu il aprelin 23-də Prezidentin sərəcamı ilə 2006-cı ildən Dövlət Gömrük Komitəsinə rəhbərlik edən Aydın Əiyev vəzifəsindən uzaqlaşdırılıb. Onun işdən çıxarılmasınn bir səbəbi kimi də gömrükdə idxal- ixrac əməliyyatların gizlədilməsi, mal və məhsulları qeydiyyatdan yayındırmaqla dövlət vəsaitinin mənimsənilməsi göstərilir.

Təsadüfü deyil ki, yeni sədrn təyinatından sonra Dövlət Gömrük Komitəsində və strukturlarında kadr dəyişiklikləri, islahatlar və araşdırmalar aparılır. Komitədə rəhbərlik dəyişdiriləndən sonra Aydın Əliyevin üsul-idarəsi də ləğv olunur. Eyni zamanda həbslər baş verib. Prosesin davam edəcəyi gözlənilir. Bu cür faktların ortaya çıxması Aydın Əliyevin də istintaqa çağrılması ilə nəticələnə bilər. Hər halda ortada niyə belə böyük bir fərqin olması sabiq sədrdən soruşulmalıdır!

AzPolitika.info

 

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2018-05-21 10:36:00

Bu faktlar nə qədər doğrudur bilmirəm, lakin lap doğrudur deyək bəs bu adamlar vəzifədə ikən onlara nəzarət edən dövlət qurumlar hara baxırdı. Xüsusən də Büdcə hesablama palatası. Bəyəm onların vəzifəsi təkcə gedib bir iki məktəb, bir neçə baxca yoxlamaqdırmı. Sadəcə gülməlidir. İşdən çıxarılandan sonra filan nazir 4 milyard, filan nazir on milyard, filankəs 3 milyard pul oğurlayıblar. Sanıram bu danabaş kəndinin əhvalatlarından başqa bir şey deyildir.

vəkil 2018-05-21 10:36:00

dtx -i təcili orada əməliyyat kecirtməlidir? o qədər məhsul rusumdan kənarda qalib və iqtisadiyyatimiza nə qədər ziyzn dəyib.

EWDER 2018-05-21 10:36:00

AZERBAYCANDA KIMDEN NE SORUWUBLAR.TAQILARDAN,ZIYALARDAN,ELDARLARDAN , ELILERDEN,...,GOMRUYUN DE IWI A Y D I N DIR. ESAS INKIWAFDU...

nikolay 2018-05-21 10:36:00

Təkcə çay deyil, 2016-cı ilə qədər bütün malların qiyməti 5-10-20!dəfədəyək azaldılırdı. Ölkəyə bütün idxal Əbülfəzə aid firmaların adına rəsmiləşdirilirdi.Və elə bil heç kimin heç nədən xəbəri yox idi. Heç olmasa Aydın Əliyevin yanına biri şikayətə gedəndə...işi düzəlirdi.

Sahibkar 2018-05-21 10:36:00

Aydın müəllim formal olaraq orda oturdulub.Gömrüyün bütün işlərini mafiya yerinə yetirib.Aydın Əliyev u nə karə idi ki,onlara qarşı çıxa.Bunu hamı bilir.Ona görə sonuncunu aramaq mənasızdır.Əs....İstəsniz ki,gömrükdə qayda yaeradın,oradan mafiyanın əlini kəsin.Yoxsa kasıb-kusubu istintaqa çağırıb,həbsə atmaqla bir nəticə hasil olmayacaq....

Ilqar 2018-05-21 10:36:00

Niye Lenkeranda cay istehsal edilmir xarice milyonlarla dollar gedir?

G.M 2018-05-21 10:36:00

Bütün bunların A.Əliyevə zərrə qədər də aidiyatı yoxdur.İnanmasanız gizlin bir yerdə ``pıçıltıyla A.Əliyevdən soruşun ki,idxal olunan Çayın ``monopolistinə`` bir söz deyə bilərdimi..

Son yazılar