SABİQLƏRİN AQRAR SEKTORDAKI "UĞURLARI" MƏLUM OLDU! - İdxal kəskin artıb, ixrac azalıb

Bu ilin birinci rübündə kənd təsərrüfatında tənəzzül müşahidə olunur: bu, ərzaq məhsullarının idxal-ixracı üzrə müqayisəli göstəricilərdə özünü büruzə verir. Bu barədə Turan-a kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib. Bu ilin və ötən ilin yanvar-mart ayları üçün statistik məlumatların təhlili azərbaycanlıların istehlak səbətinin mühüm mövqeləri üzrə idxalın həcminin və ixracın mənfi dinamikasının artdığını göstərib.

Belə ki, 2018-ci ilin birinci rübündə buğda idxalı ötən ilin göstəricisi ilə müqayisədə 54,7%, kərə yağı 37,3%, təzə meyvə 51,5%, çay 18%, mal əti 29,8% artıb. Bundan əlavə, ət-süd məhsulları seqmentində idxalın mövqeyi artmaqda davam edir - diri çəkidə ətin daşınması iki dəfə artıb, süd idxalı 30% artıb.

Qeyd edək ki, bu ilin birinci rübündə sadalanan mövqelər üzrə ixrac ötən ilin analoji dövrünə nisbətən azalıb. Təzə meyvələrin ixracı 1,5%, qənd 47,5%, tütün 6,5%, çay 5,4%, bitki yağları 20,4% azalıb. Istehlak səbətinin mühüm mövqeləri üzrə istehsalın aşağı düşməsi birinci il deyil ki, müşahidə edilir. Lakin aqrarçıları daha çox taxılçılıq sahəsində vəziyyət narahat edir.

Sahəyə dövlət dəstəyinin olmasına, taxılın məhsuldarlığının artırılması üçün hər il ayrılan subsidiyalara və dövlət vəsaitlərinə, yararlı əkin sahələrinin 65-75%-nin taxıl sahələri üçün ayrılmasına baxmayaraq, 1,4 mln. ton həcmində daxili tələbat bütünlüklə idxaldan asılıdır.

İdxal və yerli istehsal göstəricilərilə bağlı kuryoz vəziyyətin yaranması birinci il deyil. Belə ki, Dövlət Gömrük Komitəsi hər il Rusiyadan 1,4-1,6 mln. ton buğda gətirildiyini bildirsə də Kənd Təsərrüfatı Nazirliyi daxili istehsalatda 1 mln. 800 min ton buğdanın olduğuna təkid edir.

vahid-meherremov1-300x204Vahid Məhərrəmovun sözlərinə görə, dövlət büdcəsi toxumçuluğun inkişafını, xaricdən mineral gübrələrin alınmasını, Avropa istehsalı olan və bir ekzemplyarı 100 min avroya başa gələn kombaynların alışını, digər texniki problemlərin həllini maliyyələşdirməkdə davam edir, ancaq taxılın məhsuldarlığı ilə bağlı vəziyyət daha yaxşı olmasını arzu edir.

Dizel yanacağının, benzinin, avadanlığın, mineral gübrələrin və pestisidlərin bahalaşması şəraitində fermerlerin payına düşən vəsait məhsuldarlığın artırılması üçün yetərli deyil.

Beləliklə, taxılçılıq sahəsində çalışan kəndlilərə subsidiyaların həcminin artırılmasına optimal yanaşma lazımdır. Dövlət toxumçuluğun inkişafını maliyyələşdirir, ancaq bu sahədə irəliləyiş müşahidə olunmur. Çünki kəndlilər özlərində olan toxum materiallarından istifadə etməyə məcbur olur. Öz növbəsində toxumun keyfiyyətinin aşağı olması yüksək məhsuldarlıq və yaxşı keyfiyyətli məhsul əldə etməyə imkan vermir, yerli buğdadan isə mal-qaranın yemlənməsində istifadə olunur.

Yerli fermerlərdən Dövlət Taxıl Fonduna ildə 750 min ton buğdanın qəbul edilməsi barədə Nazirlər Kabinetinin qərarına baxmayaraq, bu həcmin hamısı idxal olunur. Ekspert bildirir ki, ümumilikdə, belə vəziyyət ölkənin ərzaq təhlükəsizliyinə ziyan vurur. O qeyd edib ki, bu sahənin problemlərinin uzanması işçi qüvvəsinin uzaqlaşmasına səbəb ola bilər və fermerlərin marağını heçə endirər. "Bizim hesablamalara görə, 20 sentner məhsul fermerin tarlanın hər hektarı üçün xərclərini ödəyir. Taxılçılıq tənəzzül etdikcə kəndlilərin xərcləri artır, gəlirləri isə azalır", mənbə vurğulayıb.

Məlum olduğu kimi, sadalanan problemlər arasında maliyyə imkanlarına, bank kreditləşlməsinə çatımlılıqda məhdudiyyətlərin olması da var. Yerli maliyyə təşkilatlarının yüksək faiz dərəcələri (24 - 33%) sahənin inkişafına şərait yaratmır. Müqayisə üçün deyək ki, qonşu ölkələrdə - Gürcüstanda və Ermənistanda bu, 14%-i keçmir.

Fermer təsərrüfatlarının zərərlə işləməsi suvarma üçün suyun, gübrənin, texnika və s. olmaması səbəbindən yaranan bəzi problemlərlə əlaqədar aqrotexniki normalara riayət etməyin mümkün olmamasından irəli gəlir. Bu arada yerli taxıl təsərrüfatının inkişaf perspektivləri var, ancaq bundan ötrü müvafiq dövlət strukturlarının sahəyə diqqəti lazımdır.

Sahənin uzun illərdir düşməsi statistikada da əksini tapıb və demək olar ki, artıq düşməyə yer də qalmayıb. Belə ki,  DGK-nın məlumatına görə, 1996-cı ildə Azərbaycan 28,6 mln. dollar məbləğində 143 min ton buğda idxal edib. Qurumun statistikası göstərir ki, 20 ildən sonra idxalın həcmi 10 dəfə artıb. Belə ki, 2016-cı ildə 1 mln. 599 min ton buğda idxal edilib (295 mln. dollar). Beləliklə, 20 il öncə idxalın hesabına daxili tələbatın 20 - 25%-i təmin olunurdu, halbuki, hazırda idxal edilən buğda daxili tələbatı 100% ödəyir(Turan).

Göründüyü kimi, dövlətin böyük dəstəyinə baxmayaraq, şərabçı İsmət Abbasovun və maliyyəçi Heydər Əsədovun rəhbərliyi altında kənd təsərrüfatında nəinki inkişaf baş verib, əksinə ciddi tənəzzül qeydə alınıb. Ölkənin ərzaq təhlükəsizliyi təmin edilməyib. Bu isə aqrar sektorun inkişafına ayrılan 100 milyonlara dövlət vəsaitinin mənimsənildiyini göstərir. Bunun hesabı sabiqlərdən soruşulacaqmı?

Vaqif

"AzPolitika.info

635x100

Şərhlər

Ahmad Aliyev 2018-05-21 10:57:28

Aqrar sektoru inkişaf etmiş və özünü təminat səviyyəsi 70 - 80% olan ölkələrdən birində olduq və inkişafın səbələrini soruşduq. Çox sadə 3D (üç D) yanaşması - Demokratiya, Diplomatiya və Dəstək.

Ələkbər-ə 2018-05-21 10:57:28

Bunların kadr siyasəti 60 ilir iflasa uğrayıb.Oturdublar yuxarı vəzifələrdə 75-80 yaşlı 5-ci kolon adamlarını, onların da iş nəticələri işdən çıxarılan nazirlərin işində aşkar olunan faktlardan üzə çıxdı.Digərləri də yoxlanarsa daha dəhşətli faktlar bəlli olacaq.Sonra da deyirlər bizim kadr siyasətimiz var.Batsın Sizin kadr siyasətiniz.Nəticələrini ( məhsulunuzu(__ yığırsınızmı? Hansını tərpədirsən altından tonlarlae cinayət çıxır.

pıs-pısa 2018-05-21 10:57:28

Əcabə görəsən o oğurlaqlarını bu heydərlər, ismətlər və yerdə qalan bütün oliqarxlar xəbərsizmi ediblər, o pulları təkmi oğurlayıblar? Yazırsınız ki, Əli Abbasov 50 milyon qaytardı. Bəs nə qədər oğurlamışdı? Oğurladıqlarının qalanı haradadır? Eldar Mahmudovun bütün başkəsən şaykası tutulur, özü isə azadlıqdadır. Niyə? O şayka burada May-fayları soyanda o deyəsən daha ciddi işlərlə-pul daşımaqla məşğul idi. Ona görə də o, tutulmur. Axı yuxarıdakılar olmadan bunlar necə oğurlaya bilər axı? Demək hamı çürükdür

GM 2018-05-21 10:57:28

Ne qeder dushuk bir meqaledi. Yazdiqlariniza inandiniz? Gor kimi kiminle muqayise edirsiniz? Irshadin oldurduyu kend teseruffatini ismetin ise basdirdigi kend teseruffatini heyder qebirden cixardib dirildib. Yalancilar

Vətəndaş 2018-05-21 10:57:28

Əcaib Ölkədəik. Ölkənin nazirləri cinayətkar olduğu aşkar olunur,bunların işinə nəzarət etməli,ölçü götürməli və cavabdeh olmalı Nazirlər kabinəsinin baş naziri,onun mwavinlərinin adı çəkilmir ....Sonra bəziləri yığdıqlarının bir hissəsini ödəyir və heç nə olmamış kimi hamı susur.Bu maaq doğurmur? Bəs hüquq mühafizə orqanlarının işi nədir? Kasıbları həbs etmək?

Bayram 2018-05-21 10:57:28

Əşşi bir şey deyil, yeni qanuna görə yediklərinin bir hissəsini qaytarıb Akedemiyaya müşavir gedəcəklər... Nə qədərki cəsasızlıq mühiti hökm sürür kef eləyin.

Ələkbər 2018-05-21 10:57:28

......Bundan sonra isə kadr seçiminə ciddi diqqət eməklə düşdüyümüz vəziyyətdən çıxa bilərik.Yüksək vəzifəli kadrlar seçimində rüşvətə yol vermək cinayətdir.Belə adamlar var və onlara qarşı cinayət işi açılmalıdır.

vəkil 2018-05-21 10:57:28

hansini qaldirirsan altindan zibil çixir yəni bunlari əvəlcədən tanimaq o qədər çətin olur? yəni Səlim Muslumov ..... onu böyuk bir nazirliyə buraxmag olarmiş?

Son yazılar