Ermənistanda Baş prokurora qarşı mitinqlər davam edir

Ermənistanın paytaxtı Yerevanda baş prokuror Artur Davtyanın əleyhinə mitinq keçirirlər.

Modern.az “TASS” agentliyinə istinadən xəbər verir ki, onlarla insan Yerevan küçələrinə çıxaraq baş prokurorun istefasını tələb edirlər.

Etirazçılar bununla baş nazir Paşinyana yardım etdiklərini bildiriblər.

Lakin etirazçılar bununla Qarabağın birləşmiş separatçı qüvvələrinin eks başçısı və separatçı dağlıq qarabağın eks baş naziri Samvel Babayanın müdafiəsi üçün oraya yığışıblar. Onlar əllərində Babayanın şəkillərini tutaraq ona azadlıq, baş prokurora isə istefa tələb edirlər.

Qeyd edək ki, 2017-ci ilin martın 22-də dövlət çevrilişinə cəhdə görə həbs edilib. Ona qarşı qanunsuz silah saxlama və gəzdirmə maddələri ilə iş açılaraq 6 il müddətinə həbs edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar