Homsda terrorçuların silah anbarı tapılıb - NATO silahları

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin (DTBM) nümayəndələri və Suriya hərbçiləri Homs əyalətinin terrorçulardan azad edilmiş şərq rayonlarında NATO üzvü olan ölkələrdə istehsal edilmiş silah anbarları aşkar ediblər.

«Biz, Homs əyalətinin Zəə-Fəran yaşayış məntəqəsində «Ən-Nursə» terrorçu qruplaşmasının nəzarət-müşahidə məntəqəsindəyik. Burada çoxlu sayda «protivoqaz», xaricdə istehsal edilmiş silahlar, xüsusilə də «Tou-2» tank əleyhinə idarəolunan raket»lər (TƏİR) görə bilərsiniz» - deyə, DTBM-nin nümayəndəsi, polkovnik Andrey Nekipelov xəbər verib.

TƏİR «Tou-2» - Amerikanın tank əleyhinə idarə olunan raketidir və 1970-ci illərdə ABŞ ordusunun istifadəsinə verilib. Ötən dövr ərzində onu dəfələrlə təkmilləşdiriblər. Bu raketlər dünyada ən geniş yayılmış tank əleyhinə kompleksdir.

Bundan başqa, azad edilmiş ərazilərdə hərbçilər terrorçuların partlayıcı qurğular istehsal edən gizli sexlərini, yeraltı tunelləri aşkarlayırlar. Bu tunellərdən tibb kompleksləri və girovların saxlanması üçün kamera kimi istifadə olunurmuş.

«Sapyor»lar yaşayış məntqələrini minalardan təmizləyirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar