MƏDƏNİYYƏT NAZİRİNƏ BİRİNCİ MÜAVİN TƏYİN OLUNDU - Sərəncam

Azərbaycan prezidentinin 18 may tarixli sərəncamına uyğun olaraq Vaqif Qadir oğlu Əliyev mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

Bu barədə APA-ya nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Vaqif Əliyev 1953-cü il iyul ayının 17-də anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib. 1975-1982-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis, kiçik elmi işçi, qrup rəhbəri, baş müəllim vəzifələrində işləyib. 1982-1988-ci illərdə Azərbaycan Dövlət Universiteti komsomol komitəsinin katibi, 1988-1994-cü illərdə BDU-nun fizika fakültəsində baş müəllim vəzifəsində çalışıb.

1994-2001-ci illərdə gənclər, idman nazirinin 1-ci müavini, 2001-2003-cü illərdə isə gənclər, idman və turizm nazirinin 1-ci müavini vəzifəsində çalışıb. 2003-cü ildən 2011-ci ilə kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub. 18 fevral 2011-ci ildə prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən V. Əliyev mədəniyyət və turizm nazirinin 1-ci müavini təyin olunub. Fizika-riyaziyyat elmləri namizədidir.

635x100

Şərhlər

-- 2018-05-21 14:53:56

hələ 15 il əvvəl eşitmisdim ki, bu adam ... korrupsionrdir. Hər gün 10 min dollar gəliri olurdu. Bəlkə də daha cox. Avropa ölkələri düz deyirmiş. Azərbaycanda korrupsiya bas alıb gedir. məmurlar hələ bizə acıq da verirlər.

Dadaş 2018-05-21 14:53:56

onu uje zakapat eləmək lazım

t.edalete 2018-05-21 14:53:56

Qardas sehvin var gomrukde birdenede olsun naxcivanli yoxdu

Analitik 2018-05-21 14:53:56

Evvela teyin olunub deyende ki, guya (2011-ci ilden) bashqa kim idi ki! )) 8 fevral 2011-ci ildə prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən V. Əliyev mədəniyyət və turizm nazirinin 1-ci müavini təyin olunub. Fizika-riyaziyyat elmləri namizədidir. Ikincisi de, profille bu sahe humanitar tehsilli mutexessis duz gelir, yoxsa fizik ya riyaziyyatchinin bura ne elaqesi.. )

elman 2018-05-21 14:53:56

Bunun 65 yashi var, pensiya vaxtidi. amma nazir muavini oldu. cavan kadrlar ise qiraqda qalir.

ewder 2018-05-21 14:53:56

yaxwidu medeniyyetin tecili catmir,esas inkiwafdu....

helime 2018-05-21 14:53:56

fizika-riyaziyyatchidan yaxshi medeniyyet nazirinin muavini chixar

AYZEK 2018-05-21 14:53:56

FİZİK-ŞİZİK ŞƏHƏR MERİ OLA BİLƏR ZAMMİNİSTR OLA BİLMƏZ?

t.ədalət 2018-05-21 14:53:56

Naxçıvanlı olmaq belədir.Bütün vəzifələrə təyinat onlardan olur.

Mirzə AĞ 2018-05-21 14:53:56

Bu adam alimdirsə, nə üçün gedib elmlə məşğul olmur?!

Son yazılar