Mingəçevirdə sərnişin avtobusu aşıb - Xəsarət alanlar var

Mingəçevir şəhərində sərnişin mikroavtobusu aşıb, xəsarət alanlar var.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində baş verib.

Belə ki, şəhərdaxili sərnişin daşıyan 7 nömrəli marşurt xətt avtobusu "Niva" markalı avtomobillə toqquşaraq aşıb. Nəticədə avtobusda olan şəxslərin xəsarət aldığı bildirilir.

Xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.

Onlardan 1-i kişi, 4-ü qadındır. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar