"Biz Putinlə Qarabağı müzakirə etdik" - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan 14 mayda Soçiyə səfəri zamanı Rusiya Federasiyası prezidenti Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsini müzakirə edib.

Virtualaz.org “Sputnik”ə istinadən bildirir ki, erməni baş nazir bunu jurnalistlərlə görüşündə deyib.

N.Paşinyanın sözlərinə görə, bu yaxınlardakı Soçi sammiti çərçivəsində keçirilən bütün görüşlər çox yüksək səviyyəsi ilə fərqlənib.

“Qarabağ məsələsi müzakirə edilibmi” sualına cavabında Paşinyan deyib: "Bəli... bütün məsələlər müzakirə edilib".

635x100

Şərhlər

ağsaqqal 2018-05-21 20:16:02

Bu xəbər 2+2 bərabərdir 4 deməkdir !..

Son yazılar