“Məmur uşaqları xaricdə oxuyur, kasıb balaları səngərdə qırılır” - İlyas İsmayılov

ilyas-1“Belə söz-söhbətlərin kəsilməsi üçün Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etməlidir”.

Strateq.az xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında ailənin tək oğullarının ön cəbhəyə göndərilməsinə münasibət bildirən Ədalət Partiyasının sədri İlyas İsmayılov deyib.

Xəbər verildiyi kimi, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası ərazisində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, əsgər Tatarov Adil Əli oğlu şəhid olub. Adil Tatarovun ailənin tək oğul övladı və dörd bacının bir qardaşı olması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müzakirələrə qatılanların əksəriyyəti ailənin tək oğul övladının ön xətdə hərbi xidmət keçməsinin yolverilməz olduğunu bildirblər. Onların fikirncə, bu məsələ qanunvericilikdə də tənzimlənməlidir.

İlyas İsmayılovun fikrincə, bu məsələ haqda yaranan xoşagəlməz söhbətlərə, müzakirələrə son qoymaq üçün Azərbaycan ləngimədən müharibəyə başlamalıdır: “Sağlam düşüncə deyir ki, qoşununu yerit, torpaqlarını azad et. Yoxsa belə məsələlər haqqında danışmağa dəyməz. 30 il keçib, ancaq biz hələ də ümidimizi ATƏT-in Minsk qrupuna bağlamışıq. Özümüz də bilirik ki, onlar bu məsələni həll edə bilməz, çünki qərarları məcburi yox, tövsiyə xarakteri daşıyır. Odur ki, hər gün bir itki verməkdənsə, torpaqlarımızı azad etməliyik.

Bu hadisəyə gəldikdə isə, əlbəttə, ailənin tək oğlunu ön xəttə aparmazlar, çünki bir nəsil kəsilər. Bunu düz deyirlər ki, məmurların uşaqları xaricdə oxuyurlar, kasıbların balaları isə səngərdə qırılırlar. Mən yenə təkrar edirəm ki, torpaqlarımızı müharibə yolu ilə azad etməliyik, ayrı yol yoxdur”.

635x100

Şərhlər

Asif 2018-05-22 01:46:35

İLYAS MƏLLİM ƏSL REALLIĞI YAZIB ONA GÖRƏ BU YAZINI XAHİŞ EDİRƏM MANŞETƏ QOYUN

vızzzzz 2018-05-22 01:46:35

İlyas müəllim, bu məmurlar torpaq üstündə ermənilərlə müharibə etməyəcək. Nöyüt onlara-rusa-əmərkənə bəs edir....

t.ədalət 2018-05-22 01:46:35

Müd.nazirliyində,Fövqəladə hallar nazirliyində "idmançı" adı altında xüsusi yaradılmış hərbi hissələrdə imkanlı adamların uşaqları daldalanır.Bəziləri isə pul verib uşaqlarını DİN-in xüsusi məktəblərinə düzəldirlər,bu yolla da uşaqlarını hərbi xidmətdən uzaqlaşdırırlar.Bütün bu cinayyətlərin qarşısı alınmalı,Azərbaycanın sərvətlərini talan edənlərin,vəzifələri rüşvətlə ələ keçirənlərin uşaqları cəbhənin ön sırasında xidmət keçməlidir.Ayrı cür torpaqları azad etmək olmayacaq!

t.ədalət 2018-05-22 01:46:35

İlyas müəllim,əgər biz bu torpaqları müharibə yolu ilə alcaqdıqsa,onda niyə "atəşkəs" deyilən oyun dövründə on minlərlə balalarımızın şəhid olmasına imkan yaratdıq?İkincisi,hazırkı .... Onlar əsgər valideynlərini görəndə qapılarını bağlayırlar.Orduda övladları (mənim kimi) olanlar yaxşı bilirlər ki,pulun yoxsa heç adi tibbi xidmət belə göstərilmir.Üçüncüsü,hazırda böyük vəzifələrə təyin olanların əksəriyyəti,ya fəraridir,ya da arxa cəbhədə gizlənən fərsizlər..

işsiz, hərbi xidmət keçmiş,ali təhsilli gənc 2018-05-22 01:46:35

İlyas müəllim,təkcə məmur uşaqlarının xaricdə oxumaları fakt deyil.Əsas fakt odur ki, hərbi xidmətdən yayındırılan və ya fiktiv hərbi bilet alan məmur uşaqlarının dövlət idarələrində,nazirliklərdə işlə təmin olunmasına yol verilməsidir.Vətən qarşısında borcunu ödəməyən məmur evladları necə dövlət oranlarında işə götürülür?Diqqətlə yoxlayan olarsa,hətta onlardan hərbi biletləri olanların 90 faizi hərbi hissə komandirini tanımır və hissənin dəqiq yerini bilmir.Hərbi xidmətə Yararsız bileti alanların isə əksər

Abit 2018-05-22 01:46:35

Narahat olmayın İlyas müellim Allah böyükdür

Arif 2018-05-22 01:46:35

İlyas müəllim Etibar Məmmədov kasıbdır amma oğlu ABŞ-da təhsil alır.

aysberq 2018-05-22 01:46:35

Nə qədər ki, bu ...."Yapon İmperatorları" hakimiyyətdədir, o torpaqlar müharibə yolu ilə geri qaytarılmayacaqdır. Səngərdə ölənlər kasıbların uşaqları, xaricdə oxuyanlar isə büdcəni sökən oğru-quldur "qudalar hökümətinin" nümayəndələri olacaq. Nəticə də Akstafada olan o şəhidin (Allah rəhmət etsin!) atasına-anasına verilən qaz kəsiləcək, Gürcüstandakı erməni kilsələrinə qaz pulsuz veriləcək (hal-hazırda da verilir) ki, kasıb-kusubun səngərdəki uşaqlarını onlar yaxşı öldürsünlər!!

bisavad 2018-05-22 01:46:35

Mən SİZİN bir fikrinizlə razı deyləm."Məmurların uşaqları xaricdə oxuyurlar" sözləri əvəzinə məmurların uşaqları xaricdə təhsil bəhanəsi ilə Azərbaycanın sərvətlərini göyə sovururlar,

Əhməd 2018-05-22 01:46:35

İlyas müəllim düz yazıb. Bu Məmurlar vəzifəlilər raşvət talançılıqla milyon milyardlar yığıb öz keflərindədirlər. Onların vətən torpaq heç veclərinə də deyil. YAP hakimyyətində heç bir məmurun uşağı özü vətəni qorumur. Onlar heç torpaq almaq fikrində də deyillər. Pul yığmaq milyardları yeməklə atmaqla məşğuldurlar. Mən adi vətəndaşam ancaq vətənimin talehi bizim, uşaqıarımızın talehidir. Yenə deyirəm bunlar torpaq almayacaq milləti də talan etməkdə davam edəcəklər.Əhali də çox çətinlik çəkəcək.

Şəhid atasi 2018-05-22 01:46:35

Hörmətli Ədalət partiyasinin sədri ,məncə bütün varlilarin və məmurlarin balalari öndə , arxasinca kasıb balaları getsə daha ədalətli olar

azad 2018-05-22 01:46:35

vətənin əzabı zülümü bütün cətinliklər və lazım olanda vətən ugunda ölmək onda kasib yada düşür. yemək icmək vəzifə sərvət məmurların qudurmuş harın balaları.allahm bunların haq hesabını sənə tabşırıq.

Son yazılar