Səhmləri dövlətə məxsus müəssisələr büdcə proqnozunu ən aşağı səviyyədə yerinə yetirib

2017-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərində 15 mədaxil mənbəyi üzrə proqnoza tam icra olunub, 7 mədaxil mənbəyi üzrə isə proqnoza əməl edilməyib.

"Report" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verib.

"Büdcə gəlirlərinin 46,8%-i ilin I yarısında təmin olunub. Gəlirlər üzrə ən yüksək icra göstəricisi yol vergisi üzrə (151%), ən aşağı icra göstəricisi isə səhmləri dövlətə məxsus olan müəssisələr üzrə (42,9%) qeydə alınıb. Divident ödənişlərinin az olması büdcə ilə bağlı vergi siyasətinin sərtləşdirilməsini tələb edir", - deyə o, qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar