“Moskva İranın Avrasiya İqtisadi İttifaqına birləşməsini alqışlayır”

028-1024x689

ABŞ İranı daha güclü şəkildə sıxdıqca Moskva və Pekin bu məngənəni bacardıqca zəiflətməyə çalışırlar. Bu yaxınlarda Rusiya və onun Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) tərəfdaşları İranla müqavilə imzaladılar. Yaxın gələcəkdə Avrasiya İqtisadi İttifaqının beş üzvü -Rusiya, Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstan Tehran ilə ticarətdəki gömrük tariflərini aşağı salacaqlar.

Müqavilə Astanada imzalanıb və üç il müddətində İranın azad ticarət zonasına birləşməsi ilə bağlı danışıqların başlanması nəzərdə tutulur.

Tehranla Avrasiya İttifaqı arasındakı danışıqlar çoxdandır gedir. İranda işləyən konsaltinq şirkətinin rəhbəri Mişel Makinski qeyd edir ki, Donald Trampın nüvə sövdələşməsindən çıxması İranın Avrasiya İttifaqı ilə müqavilə bağlamasını sürətləndirib. Mişel Makinski hesab edir ki, 2014-cü ildə yaradılan Avrasiya İttifaqı “çox pis işləyir”.

Bu, nəinki vahid böyük bazardır, həmçinin də Rusiyanın keçmiş potensialını bərpa etmək üçün Kremlin əlində təsir vasitəsidir.

- Texnoloji üstünlük

Əgər Avropa kompaniyaları bazardan çəkilərsə, onda Tehranın Rusiya və Çin kimi əsas Avrasiya tərəfdaşlarına müraciət etməkdən başqa seçim imkanı qalmır.

Bir neçə gün bundan öncə “Total” şirkəti elan edib ki, əgər Avropa hökuməti Vaşinqtonun təsdiqini almazsa, onda onlar “South Pars 11” qaz yataqlarının işlənməsi layihəsindən imtina etmək məcburiyyətində qalacaqlar. Bu barədə Makinski deyib: ”İran “Total” kimi Qərb şirkətləriylə əməkdaşlıq etməkdə maraqlıdır, çünki onların aydın görünən texnoloji üstünlükləri var”.

Müqavilədə nəzərdə tutulduğu kimi, əgər Fransa qrupunun payını Çinin “Petro China” şirkəti almazsa, onda ekspertlər 2012-ci ildə sanksiyalar üzündən dondurulmuş “South Pars 11” layihəsinin yeni çətinliklərlə qarşılaşacağını istisna etmirlər.

Keçən il İrana 1,3 milyard dollarlıq mal ixrac edən və oradan 400 milyon dollarlıq mal alan Moskva üçün İran kommersiya deyil, mühüm strateji əməkdaşdır. Rusiyanın atom enerjisi üzrə “Rosatom” iri dövlət şirkəti İrandakı yeganə “Buşer-1” atom reaktorunu tikib. İndi “Rosatom”un portfelində daha iki reaktorun inşası sifarişi yer alır. Bunlardan başqa perspektivdə “Rosatom”un əlavə altı reaktor tikməsi imkanı var.

İranın hərbi nüvə proqramı ilə bağlı gedən danışıqlarda Barak Obama mülki məqsədlə atom proqramının inkişafına razı idi, çünki İran elektrik stansiyasında istifadə olunan yanacağın işlənmiş hissəsini Rusiyaya qaytarmaq öhdəliyi götürmüşdü. Bu uranın və hərbi məqsədlər üçün lazım olan digər parçalanan materialların istifadəsinin mümkünsüzlüyünə təminat verirdi. Belə bir vəziyyət Moskvaya da sərfəliydi.

- Çin güclü müştəridir

Rusiyadan başqa Tehranın digər mühüm Avrasiya tərəfdaşı, əlbəttə ki, Çin hesab olunur. İranlılar üçün Çinlə münasibətlər həyati vacib məsələ sayılır. Hal-hazırda Pekin gündəlik olaraq İrandan 660 min barel neft alır ki, bu da ölkə neft ixracının dörddə biri qədərdir.

İran nefti Avropa və Amerikanın tətbiq etdiyi embarqo altına düşəndən - 2012-ci ildən sonra Çin İrandan qara qızıl almaqda davam etsə də, ancaq qiymətin aşağı salınmasını tələb etmişdi.

Bu həftə Tehran Pekindən neftin alınmasının davam olunmasını istəyib, baxmayaraq ki, ABŞ-ın tətbiq edəcəyi sanksiyalar sayəsində Çinin Amerikadakı şirkətləri zərər görə bilər. Trampın nüvə proqramından çıxmasından sonra Pekinin mart ayından yuanla apardığı neft fyuçersləri iki dəfə artıb.

Lakin Çin hökuməti “konkret şəffaf əməkdaşlığı” davam etdirməklə yanaşı, əvvəlki kimi özünün İranla münasibətlərində ehtiyatla davranır.

İranın Moskva və Pekinlə daha sıx yaxınlaşması onun üçün “təskinlik ittifaqı” ola bilər.

(Le Figaro-Fransa)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar