XİN-də geniş tərkibli iclas keçirilib

Dərc olunub: 22/05/2018 - 13:10

xinBu gün xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə xarici işlər nazirinin müavinləri, kollegiya üzvləri, xüsusi tapşırıqlar üzrə səfirlər, XİN-nin idarə və struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.

XİN-dən APA-ya verilən məlumata görə, iclasda Elmar Məmmədyarov prezident İlham Əliyevin sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunmuş Ramiz Həsənovu təqdim edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqil, tarazlaşdırılmış və çoxistiqamətli xarici siyasət yürütdüyünü qeyd edərək dövlət başçısı tərəfindən XİN-nin qarşısında qoyulmuş vəzifə və tapşırıqları diqqətə çatdırıb.

İclasda 2019-cu ilin Azərbaycanda diplomatik xidmətin yaranmasının 100 illik yubileyinin olduğu qeyd edilib.

Xarici işlər nazirinin müavini təyin olunmuş Ramiz Həsənov Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib, Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri kimi vəzifələrdə çalışıb.


loading...




Fikrinizi bildirin