“İNDİ ADAM BALASI KİMİ İŞLƏYİRLƏR...” - "Cavid Qurbanovdan yeni nazirlərlə bağlı açıqlamalar

"Neft məsələsini birdəfəlik yaddan çıxarmaq lazımdır"

Neft məsələsini bir kənara qoyub, onu birdəfəlik yaddan çıxarmaq lazımdır. Biz qeyri-neft sektoru, nəqliyyat, kənd təsərrüfatını inkişaf etdirməliyik. Bu istiqamətdə işlər görülməkdədir. Ölkə başçısı tərəfindən bu istiqamətdə işlər görülür”. Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri, deputat Cavid Qurbanov deyib.

C.Qurbanov bildirib ki, hökumətin tərkibi cavanlaşdığından idarəetməyə də yanaşma dəyişməkdədir. “Onlar effektiv işləməyə başlayıb. Vergilər Nazirliyində ciddi dəyişikliklər baş verib və bu quruma xeyli cavan kadrlar cəlb olunub. Məhz bunun nəticəsidir ki, artıq Vergilər Nazirliyində çalışanlar adam balası kimi işləyirlər. Burada fiziki şəxslərdən verginin yığılmasında problemlərin olduğu dilə gətirildi. Hesab edirəm ki, bu məsələ də öz həllini tapacaq. Odur ki, mən vergi sisteminin daha da yumşaldılmasını təklif edirəm”.

O əlavə edib ki, hamı vergi vermək istəyir: “Vergi sistemini yumşaltmaq lazımdır. Vergilər yumşaldılarsa, vergi yığımı daha yüksək olar”.

Kənd təsərrüfatının inkişafından danışan deputat deyib ki, bu gün bu Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinə bir gənc təyin ediblər: İmkan verək görək necə işlyəcək”.

Məmurların fəaliyyətinə toxunan C. Qurbanov deyib ki, yaxşı fəaliyyət göstərmək üçün ölkə başçısına düzgün məlumat verilməlidir: “Bu gün ölkədə nəqliyyat sahəsinin inkişaf etdirilməsi üçün infrastruktur yaradılır. Gömrük Komitəsinə yeni rəhbərliyin təyinatından sonra bu sahədə də müsbətə doğru ciddi dəyişiklik baş verib. Ümumiyyətlə, maliyyədən düzgün istifadə edilməlidir. Çünki Maliyyə Nazirliyi bir kassadır.

Ora nə qədər vəsait daxil olacaqsa, nazirlikdə o formada bölüşdürüləcək. Odur ki, maliyyədən istifadə zamanı Allah bizə insaf versin ki, ondan düzgün istifadə edək”

635x100

Şərhlər

vergi ödyicisi 2018-05-22 17:00:05

Düz deyir Cavid müəllim vergi işçilərinin səsi kəsilib.Zəng edib ağa nökərə iş tapşıran kimi vergi ödəyicilərinə göstəriş verirdilər.bu həqiqətdir.Hal-hazırda isə,adam balası kimi rəftar edirlər.buna da şükür. İlan ulduz görməsə ölməz.

S.Ənvər qızı 2018-05-22 17:00:05

Biz yenə sabiq rəhbərləri axtarırıq.Yeni təyin olunan Nazirlər vətəndaşın şikayətinə baxmaq istəmirlər.Belə ki, sabiq Rabitə Naziri Əli müəllimə müraciət edəndə,müraciətə baxılıb qismən həll olunurdu.RN-i Ramin Quluzadə təyin olundu, Əli müəllimin ölənlərinə rəhmət oxutdu.R.Quluzadə vətəndaşın haqlı şikayətinə baxmır,öz xidmətləri ilə cənab Prezidentin etimadını doğrultmaq əvəzinə,vətəndaşın dövlətə olan inamını sarsıdır.Dövlətimizin nüfuzunu qorumaq naminə belə nazirlərin işinə nəzarət gücləndirilməlidir.

farxad 2018-05-22 17:00:05

"Adam balası kimi işləməyənlər" qurumunun-Azəryolservisin başından gələn birinin bunu demesi cox gülüncdür. Bir de buna corek veren deyirler, dövletin milyardları hesabına Kəlbəcərdən beş-on qacqına yardım edir deye cevrilib olur corekveren...

Kazım 2018-05-22 17:00:05

Bu lap əlini Stalin kimi qaldırıb.Nə deyir görəsən?

Müəllim 2018-05-22 17:00:05

Adam balası kimi işləmək ölkə əhalisinin güzəranının normallaşdırıldığı, büdcə oğurluğunun, rüşvətin aradan qaldırıldığı,korrupsiyanın həcminin azaldığı,insanlara humanist münasibətin yarandığı,ölkə iqtisadiyyatının doğrudan inkişaf etdirildiyi, qanunun hamı üçün bərabər olduğu ilə sübut olunur.Boş-boş şüarlar,yalanlar danışanlar,fiktiv fondlara köçürmələrlə məşğul olanlar, Rüşvətlə işə gələn,büdcə oğurlayan,çirkli pullarla mənlik edən,korrupsiyaya bulaşmışla adam balası kimi işləyə bilməzlər ay Cavid bəy!

Qoshqar 2018-05-22 17:00:05

HEYIF....və TƏSSÜF....

Rəsul 2018-05-22 17:00:05

UYE HARNLAYIB. HARININ KVADRATI

ali 2018-05-22 17:00:05

Bu hele unudur ki, prezidentin komandasinin uzvudur,evvelki nazirleri de prezident teyin etmisdir ve onlarin fealiyyetine qiymeti de yalniz prezident vere biler........

veteran-92 2018-05-22 17:00:05

Qeyrətiniz olsun Cavid Qurbanovun nəslindən yəni agdabanda 16 nəfər şəhid oldu qardaşı Vüqar Qurbanov 92 ci ildə kəsfiyyatın komandiri idi vaquas ugurunda gedən döyüşlrdə aglr yaralandı 26 ildi əziyyət cəkir. Buna baxmayaraq Cavid məllim cox insanlara aglr vəziyyətdə olanda köməy edib kimini ürək əməliyyatı böyrək dəyişməsi bunların hamısın edib. bunları bilən qeyrətli azərbaycan vətəndaşı onun haqqında belə neqativ fikirlər yazmaqdan utanmalıdırlar. jurnalistlərin başqa maddi istəyi varsa o başqa məsələ.

pesioner 2018-05-22 17:00:05

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Qurbanovun qardaşı İlqar Qurbanovdur. 2015-ci ildə həmin vəzifəyə təyin olunan İ.Qurbanov artıq 10 ildən çoxdur ki, bu sahədə müxtəlif yüksək vəzifələr daşıyıb

SUAL 2018-05-22 17:00:05

SAYTİN GORƏSƏN QURBANOVDAN UMACAŞİ NƏDİR Kİ, BİR SOZUN UCUNDAN TUTUB, BURAXMİR? COXLARİ YAXÇİ BİLİR, ONA GORƏDƏ ACİQLAMAŞA DƏYƏRMİ?

GM-ya 2018-05-22 17:00:05

Her defe burda Cavid muellim haqqinda bir informasiya olur sen hamidan qabag baslayirsan kompurament destruktiv hereketlere ayibdi !!!Ziya muellim bilseydi onu bu qeder cox isdeyen var memnun olardi!!!

bunlar hamisi ziyanin.... 2018-05-22 17:00:05

Cavid muellimin gorduyu isler gozunuze girsin o boyda vagzali ve s indi neyese oxwayir,qaldiki yollara yene onun vaxtinda 5-6 il gedirdi indi istifadeye verilen kimi dagilir!!!ayibdi yazanda vicdaninizi goz onune getirin!!!

seryoja 2018-05-22 17:00:05

"Hörmətli" delitant cavid bəy.Elə sənin kimilərin "uğurlu" siyasəti nəticəsində biz dünyada Somali ilə müqayisə olunuruq. Görəm ....olaydıq deputat, nə bilim nazir? Allah sənə rəhmət etsin ay Üzeir bəy.Vallah bu kişilər dahi imişlər.

Azer Mehdioglu 2018-05-22 17:00:05

bele deyirsen vay ele deyirsen vay biz sozun esl menasinda cox unikal milletik cox......

HAMPARSIN 2018-05-22 17:00:05

80 FAİZ VERGİ PLANI, MÜƏLLİM, HƏKİM VƏ DÖVLƏT BÜDCƏSİNDƏN MAAŞ ALAN FİZİKİ ŞƏXSLƏRİN HESABINA DOLUR

Cavid bəyə 2018-05-22 17:00:05

Bunlar hamısı bir bölgə,qohum qudalardan ibarət olduğundan onların əvvəllər nə balası olduqlarını da Cavid bəy qeyd etsə idi məsələyə aydınlıq gətirilərdi.Axı onlar çoxdurlar.Açın qoy millət bilsin.

Zaur 2018-05-22 17:00:05

BƏS HEYVAN BALLARI KİM İDİ AY AĞILLI?

aqil 2018-05-22 17:00:05

esas 1--ci cumledi.Nefti yaddan cixardin.....

Veteran-92 2018-05-22 17:00:05

Cavid Qurbanov var dövləti pulu 60 cı illərdən görüb cox ziyalı ailədə böyüyüb. bugünkü açıqlamasında cox düzgün deyir.bu gün Cavid Qurbanov ehtiyacı olan cox insanlara köməy edir. o ki qaldı avtomobil yollarına və dəmir yoluna yenə nə işlər görüldü Cavid Qurbanovun dövründə oldu. Yəqinki Agıllı insanlar bunu qiymətləndirirlər. avara fərasətsiz insanlar belə şeyləri başa düşməz.şəxsın mən Cavid Qurbanova ölkəmizdə gördüyü işlərə görə həmişə humanist olduguna görə ona çox sag ol deyirəm

t.ədalət 2018-05-22 17:00:05

Məncə,tənqid kiminsə işi ilə sərhədlənməli,onun şəxsiyyətini təhqirə yol verilməməlidir.Cavid müəllimin,burada "adam balası" ifadəsindən belə çıxır ki,sabiqlər nəyinsə balaları imiş."Halal artsa,elə xeyirdi"-deyən Dədə Şəmşirin ocağından ifadəsini nizamlaya bilməyən birisinin çıxması adamı təəssüfləndirir...

Amon-a 2018-05-22 17:00:05

Bunlar danışıqlarına necə diqqət etsin? Pul gözlərini örtüb,ağıllarını çaşdırıb.Qoy sayıqlasınlar.qatıqlasınlar.Kim bunlara nə deyəcək ki? Hamısı bir bezin qırağıdır.,

Amon 2018-05-22 17:00:05

Evvel ne balasi kimi isleyirdilerki

İBRAHİMOXLU 2018-05-22 17:00:05

HAMİNİ VƏ ƏSASƏN DƏ VƏZİFƏDƏ OLANLari tənqid eləməyə nə var ki? MƏSƏLƏ ONDADİR Kİ CAVİD QURBANOV OLKƏ İQTİSADİYATİNDAN SAHİBKARLİXİN İNKİSAFİNDAN DANİSİR VƏ ONA DAHA DA KOMƏK OLUNMASİNİ DOVLƏTƏN İSDƏYİR. BUNUN NƏYİ PİSDİ? DEYƏNDƏKİ VERGİNİ ARTİRAQ HAMİ CUMUR. YOX AZALDAQ YUMSALDAQ HAMİ YENƏ CUMUR. BƏS NƏ DEYƏSƏN Kİ BU MİLLƏT QANSİN?

Mehdi 2018-05-22 17:00:05

Eslinde kohne nazir,komite sedrlerinin arasinda en pis isleyenlerin en yekesi ele bu olub ey.Kor kora laq eliyer bax buna deyerler.

emin 2018-05-22 17:00:05

cavid muəllim. axi sahibkarlara qan uduran elə sənin qahim habil məmmədov dəyildimi ki indi cosunsan. haraya gedersen ayə.habilin qayni verginin proqramlarini yazib, birdə silir bilmersemni ayə?

İRADƏ 2018-05-22 17:00:05

Deputat,Nazir, YEZNƏ kimi titulların birlikdə gücünü anlamayanlara nə deyəsən

ewder 2018-05-22 17:00:05

esas inkiwafdu,qars,cin bow sohbetdi,hamisi gedecekbayraq meydanina,hansindaki bayraq yoxdu.spisat olunub,amma muhafize qalib.maraqlidi onlar neyi oxranat edirler.

Vəkilə 2018-05-22 17:00:05

Özünü prezident kimi yox, rəhbərliyə yxın kimi aparır.Bunlar fərqli şeylərdir.

C.Qurbanova 2018-05-22 17:00:05

Bİzim yüksək vəzifəlilər heç zaman normal.adam baklası kimi işləməyiblər.Soyğunçu balsına bənzədikləri isə sübut olunub.AZəravtoyol da,Dəmir yolu da eyni haldadır.Boş tərif divara dəyir.Olmayanı axtarana nə deyilir? ....Sadəcə bir qrup digəri ilə əvəz edilə bilər.

Azer 2018-05-22 17:00:05

Cavid muellimin demir yolunda ugurlu siyaseti bu cur danismaga imkan verir.uguyrlar olsun

G.M 2018-05-22 17:00:05

Cavid mallım öz ampulasındadır.Yenə də öz işindən danışmır.unudur ki,vaxtiylə Ulu Öndər yarıtmaz işinə görə onu vəzifəsindən uzaqlaşdırmışdı.Ziya nə abırla onu yenidən ...şərik elədi və.s.indi də belə.

Mehdi 2018-05-22 17:00:05

Sende cox gozel isleyirdi yollara baxanda.Respublikanin butun yollari cemi 5-6 ildirki istifadeye vetilib.Artiq her yer daqililir Bu deyil senin ve senin kimilerinin isleti?

ayzek 2018-05-22 17:00:05

FAZİKİN SAĞLIĞINDA CÜRƏT ELƏYİB BELƏ TƏHQİRƏ TOL VERMƏZDİ...ATALAR DEMİŞ,"İTLƏR ÖLÜB QURDLARIN BAYRAMIDIR".ÇAL AŞIQ,ÇAL!

Vekile 2018-05-22 17:00:05

Onu vezifeden cixarmaq mumkun deyil ....

ayxan 2018-05-22 17:00:05

buda işdan danışanda kül olur Azarbaycanın başına. rekıamşık. ömrü boyu bela danışığına göra ireli keçib.

nə isə 2018-05-22 17:00:05

Yoldaş Qurbanov, xahiş edirəm Çindən çəkilən yolun aqibəti barədə danışasınız, axı bir ara bir qatarı sütüyə sürüyə gətirib şəklini çəkmişdiniz. yenə də Çindən Azərbaycana yüklər dünyanı fırlanıb gəlir. Qarsa da daha gedəsi olmadıq, nə qatar var, nə də yol...Kənd təsərrüfatına görə heç narahat olma, ora hər kimi qoysan yaxşı işləyəcək, təzə gələndə əvvəlki haqqında da belə deyirdiniz... Cavanlıqdan söz düşmüşkən, siz də heç cavan deyilsiniz, 5 il əvvəl çəkdiyiniz yollara elə bil bomba düşüb. Nə isə...

vəkil 2018-05-22 17:00:05

bu adam lap özünü prizident kimi aparır, elə onun özunun də dəyişməy vaxtidir o hələ azəryolu nə ğunə salib yoxlansa uzə çixar.

Usta 2018-05-22 17:00:05

Orda iwleyenler hemiwe Adam balasi olublar .Cavid Qurbanovun .....deye bilmerem

Son yazılar