Azərbaycanda nəticə əsaslı büdcə mexanizmi hazırlanacaq

"Hal-hazırda Azərbaycan Respublikasının büdcə qanunvericiliyində büdcə riski, büdcə riskinin qiymətləndirilməsi və idarə olunması ilə bağlı hüquqi əsaslar müəyyən olunmayıb".

"APA-Economics" xəbər verir ki, bu, Hesablama Palatasının 2018-ci ilin I rübü üzrə rəsmi məlumat bülletenində öz əksini tapıb.

"Lakin, son illər ərzində, əsasən son iki ildə büdcə qanunvericiliyində institutsional dəyişikliklərlə bağlı mühüm addımlar atılıb. Xüsusilə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanununun tətbiqi barədə Fərmanının ayrı-ayrı bəndlərində institutsional dəyişikliklərlə bağlı tapşırıqlar qoyulub. Burada dövlət borcunun idarəolunması üzrə orta və uzunmüddətli strategiyanın, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddinin tənzimlənməsinə və fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə yeni fiskal qaydaların, fiskal intizamın gücləndirilməsini, o cümlədən nəticələrə görə məsuliyyət nəzərdə tutan daha təkmil ortamüddətli xərclər çərçivəsinin və nəticə əsaslı büdcə mexanizminin hazırlanması nəzərdə tutulur ki, bu mexanizmlərin təsdiq edilməsi nəticəsində fiskal risklərə qarşı fiskal immunitet daha da güclənəcək. Misal olaraq, dövlət borcunun idarəolunması üzrə orta və uzunmüddətli strategiyada risk təhlili yer alacaq ki, bu da gələcəkdə borc dayanıqlılığın təmin olunmasına xidmət edəcək", - deyə bülletendə vurğulanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar