Çin doğuşlara bütün məhdudiyyətləri aradan götürməyə hazırdır - KİV

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin hökuməti ailədə uşaqların sayına tətbiq olunmş bütün məhdudiyyətləri aradan qaldırmaq niyyətindədir. Bu barədə özəl mənbələrinə istinadla «Bloomberg» agentliyi xəbər verib.

Bu addım ölkə əhalisinin qocalma tendensiyasını önləmək məqsədil ilə atıla bilər. Bundan başqa, ailədə iki uşaqdan artıq uşağın doğulmasına qoyulmuş qadağanın ləğvi, Pekini insan hüquqlarını pozmaq barədəki ittihamlardan xilas edə bilər. Üstəlik də bu qərar böyüklüyünə görə dünyanın ikinci iqtisadiyyatını yeni işçi qüvvəsi axını ilə təmin edərdi.

Agentliyin məlumatına görə, bu barədə qərar artıq cari ildə və ya gələn il qəbul oluna bilər.

Bu fonda Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlının bir neçə gün əvvəl səsləndirdiyi «Dövlət sənə sifariş vermişdi ki, 3 uşaq doğasan?» fikri xeyli maraqlı, o qədər də ibrətamiz görünməyə bilməz...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar