Kataloniya Madridin birbaşa idarəçiliyi altında qalacaq

Dərc olunub: 22/05/2018 - 15:19

torra«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İspaniya hakimiyyəti Kataloniya hökumətinin yeni tərkibini təsdiqləməkdən imtina edib. Beləliklə, muxtariyyətin idarə olunmasına əvvəlki kimi, Madrid cavabdeh olacaq.

«La Vanguardia»-nin məlumatına görə, İspaniya hakimiyyəti Kataloniya hökumətinin yeni başçısı Joakim Torranın səlahiyyətlərini tanıyıb. Ancaq onun formalaşdırdığı administrasiya Madridi qane etməyib. Torra hökumətin tərkibinə ölkədən qaçmış sabiq məmurların da daxil olunmasını təklif edib. İspaniyanın Baş naziri Mariano Raxoy bu addımın əleyhinə çıxış edib.

Bundan əvvəl, mayın 17-də Kataloniya hökuməti başçısının andiçmə mərasimi zamanı Torra öz andında İspaniya kralının və İspaniya Konstitusiyasının adlarını çəkməyib.

Siyasətçi həm də qeyd edib ki, kabinetin qanuni sədri kimi öz məsləkdaşı Karles Puçdemonu tanıyır. Müstəqillik barədə referendumdan sonra ölkədən qaçmış Puçdemon indi xaricdə gizlənir. Hazırda Almaniya məhkəməsi onun İspaniyaya ekstradisiyası məsələsinə baxır.


loading...




Fikrinizi bildirin